"Ermənilərin dəstəyi ilə seçilən konqresmenlər var" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Ermənilərin dəstəyi ilə seçilən konqresmenlər var" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı dönəmlərdə ermənipərəst mövqe sərgilədiyinin şahidi olmuşuq. Bu da ABŞ konqresində geniş vüsət alıb. Çünki orada ermənilərin dəstəyi ilə seçilən konqresmenlər var". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, həmin konqresmenlər də erməni lobbisinin dəstəyini itirməmək üçün bu mövqedən çıxışlar səsləndirirlər: "10 il bundan əvvələ nəzər salsaq görərik ki, Ermənistan istəklərinə nail ola bilmirdilər. İndi isə görürük ki, bir çox ölkələrdə həmçinin ABŞ-da ermənipərət qüvvələr baş qaldırmağa başlayıb. Bunun səbəbi Amerikada demokratların hakimiyyətə gəlməsidir. Bayden hakimiyyətə gələndən sonra erməni genosidini tanıdı. Onların rəsmiləri İrəvana səfərə gedirlər. Nensi Pelosinin də səfəri elə bu siyasətdən irəli gəlir. Düşünürəm ki, bütün bunlar köklü dəyişikliyə səbəb olmayacaq.

Son dövrlər Azərbaycanın güclənməsini, Qarabağ məsələsində Azərbaycan və Türkiyənin birgə hərəkət etməsi və regionda gedən son prosesləri arxa plana atmaq üçün erməni genosidi məsələsini aktivləşdirməyə çalışırlar. Bununla da bölgədə qurulan yeni ittifaqların qarşısını almağa çalışırlar. Əlbəttə ki, bu ABŞ- Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Amma qeyd edim ki, bütün bu proseslərin baş verməsi demokratların hakimiyyətə gəlməsi ilə bağlıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə