"Pelosinin Ermənistana gəlməsinin əsl səbəbi seçkilərdir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri təxribat törədərək Azərbaycan ərazisinə keçib bu əraziləri minalamağa başladı və diversiya qrupları göndərib bizim Müdafiə Nazirliyinin nöqtələrini atəşə tutmağa başladı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, bizim ordumuz adekvat cavab verib düşmənin təxribat qrupunu susdurdu. Biz qısa müddətdə zəfər əldə etdik, strateji yüksəkliklər əldə etdik: "Düşmənin 2 ədəd S-300 raket kompleksinin yerləşdiyi yeri məhv etdik. Bir neçə hərbi hissənin qərargahı dağıdıldı, 400-ə yaxın erməni qüvvələri məhv edilib. Bu hadisə ermənilər tərəfindən törədilib. Bunun da səbəbi var. Paşinyan gecə ilə Rusiyanın, Fransanın prezidentlərinə, ABŞ-ın dövlət katibinə zəng edərək şüvən qoparmağa başladı ki, Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub və onlara təcavüz edib. Əslində isə Ermənistanın özü təcavüzkar dövlətdir və Azərbaycana qarşı 30 il təcavüz edib. Bunu bütün dünya bilirdi və sakitcə durub izləyirdi. Heç bir hərəkət etmədilər. Yalnız Azərbaycan öz gücünə erməni faşistlərini öz torpaqlarından qovdu. Bu artıq dünyanın qütbləşməsi deməkdir. Çünki dünya Ermənistanda bir hadisə baş verəndə səs-küy salır. O cümlədən ermənipərəst qüvvələr məsələni qaldırıb özlərini haqlı çıxarmaq istəyirlər. Ermənistan bu dəfə bölgəyə KTMT-ni daxil etmək istədi. Ancaq KTMT-nin üzv dövlətləri bu məsələnin diplomatik yolla həll olunmasını istədilər.
KTMT-nin sərhədə gələn nümayəndəsi atəşkəs elan etdi. Ancaq dünyada ermənipərəst qüvvələr çoxdur. Bunun da səbəblərindən biri də onların xristian olmasıdır. Amerikada, Fransada, Gürcüstanda, Livanda olan Azərbaycan səfirliklərinin qarşısında mitinqlər keçirdilər. Dünya birliyinin bu hadisələrə yenə də laqeyd qalması Ermənistanın özlərini rəzil, yazıq bir millət kimi göstərməsi və erməni lobbisinin dünyada güclü olması ilə bağlıdır. Bu hadisələr Amerikanın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin nəzərdə tutulan səfəri ərəfəsində törədildi ki, daha çox ağlasınlar və bu saxta göz yaşlarını 82 yaşlı ermənipərəst siyasətçiyə göstərsinlər. Bu ermənipərəst siyasətçi də guya onların halına acıdı və Azərbaycan əheyhinə bəyanatlar verdi. Amma bu bəyanatların heç bir nəticəsi yoxdur. Çünki Pelosinin Ermənistana gəlməsinin əsl səbəbi seçkilər zamanı erməni lobbisindən dəstək alaraq növbəti dəfə sədr seçilməsidir. Pelosinin yanında ermənilər özlərini amerikapərəst göstərməyə çalışırlar. İrəvanda olan rusiyayönümlü aktivistlər isə “Rusiya ilə birlikdəyik, Rusiya ilə dostuq” şüarları səsləndirirlər. Ermənistan ictimaiyyəti 2 qütb arasında qalıb. Amerika və Rusiya qütbü. Ancaq məlumdur ki, Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın əlindədir. Yəni ermənilərin bu rəzil təxribatları bir daha özlərini biabır etdi. Döyüş mövqelərini itirdilər, qat-qat ağır itkilər verdilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB