Ərdoğan QHT nümayəndələrini qəbul edib - ABŞ-DA

Ərdoğan QHT nümayəndələrini qəbul edib - ABŞ-DA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrini qəbul edib. SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Ərdoğan Türkevidə görüş keçirib. Bağlı qapılar arxasında keçirilən görüşdə AK Partiyanın sədr müavini Efkan Ala, AK Partiyanın Vaşinqton nümayəndəsi Halil Mutlu, Türk Amerika Milli İdarəetmə Komitəsinin (TASC) sədri Melih Bektaş və digərləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə