Erməni dəyirmanına su tökənlər - POLİTOLOQ ŞƏRH ETDİ

”Biz Ermənistan və Azərbaycan sərhəddində baş vermiş hadisələr fonunda ölkəmizə qarşı genişmiqyaslı təxribatların həm siyasi müstəvini, həm də ölkə hüdudlarını əhatə etdiyini müşahidə edirik”. Bu fikirləri SİA-ya açıqlamasında Politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu baxımdan xüsusən radikal müxalifət nümayəndələri ermənipərəst mövqe nümayiş etdirirlər və sosial şəbəkələrdə olan paylaşımları ilə birbaşa erməni dəyirmanına su tökməklə məşğuldurlar: “Ona görə də radikal müxalifət nümayəndələri milli maraqlarımız və milli təhlükəsizliyimiz baxımından nə qədər böyük bir çətinliyin öhdəsindən gəlindiyimizi anlamırlar”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə