"Paşinyan sülhə ciddi şəkildə zərər vuran addımları atdı" - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistanın təxribatı nəticəsində biz 2 gündə Cənubi Qafqazın və yenidən dünyanın əsas xəbər başlıqlarında olmasına səbəb olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloqun sözlərinə görə, Paşinyan sülhə ciddi şəkildə zərər vuran addımları atdı: “Ermənistan baş nazirinin məsələlərə baxışı bizim daha əyani şəkildə gözümüzün qarşısında baş verdi. Düşünürəm ki, ciddi şəkildə nəticə gəlinməlidir. Ermənistan artıq vaxt uzada bilməyəcək. Həmçinin, üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Ermənistan rəhbərliyi ayrı-ayrı təşkilatları və ölkələri münaqişəyə cəlb etməkdənsə, sərhəd problemlərini demarkasiya və delimitasiyaya gedərək həll etməli idi. Sülh sazişini imzalayaraq Azərbaycanla gələcəyə baxmalıdır. Əgər Ermənistan daxilində bu proseslərə qarşı çıxanlar olacaqsa, onlar Azərbaycan bayrağını Ermənistan ərazisində görmüş olacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB