"Haqq savaşında ara qarışdırmağa heç kimin mənəvi haqqı yoxdur" - QHT FORUMUNUN PREZİDENTİ

"Haqq savaşında ara qarışdırmağa heç kimin mənəvi haqqı yoxdur" - QHT FORUMUNUN PREZİDENTİ

“Bildiyimiz kimi sentyabrın 12-dən 13-nə keçən gecə erməni terrorçuları Azərbaycan ordusuna qarşı təxribat törədib. 44 günlük Vətən savaşında bir səngərdə vuruşan bütün dünya azərbaycanlıları birləşdiyi kimi, bu gün də biz birik”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, təxribatlar davam edir: “Biz bir millət kimi bir səngərdə birləşməliyik. Birləşib mənfur düşmən və onu himayə edənlərə qarşı mübarizə aparmalıyıq”.

Rauf Zeyni sözlərinə belə davam edib: “Hər hansı bir radikal müxalifət nümayəndəsi də daxil olmaqla Azərbaycanın haqq savaşına kölgə salmağa və ara qarışdırmağa heç kimin mənəvi haqqı yoxdur. Cəmiyyəti tamam başqa istiqamətə yönəltmək Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyidir. Ona görə də biz bu mövqedə olan insanların heç birini qəbul etmirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə