Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır - MN
Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - məlumatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB