Zelenski BVF rəhbəri ilə görüşüb - DETALLAR AÇIQLANDI

Zelenski BVF rəhbəri ilə görüşüb - DETALLAR AÇIQLANDI

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynaya dəstəyin artırılması yollarını müzakirə etdiklərini bildirib. SİA-nın xəbərinə görə, Georgiyeva "tvitter" hesabındakı paylaşımında Zelenski ilə "əla" telefon danışığı apardıqlarını bildirib.

BVF-nin Ukraynaya dəstəyini necə davam etdirə biləcəyini müzakirə etdiklərini ifadə edən Georgieva, "İmkanımızda olan bütün vasitələrdən istifadə edərək, Ukrayna ilə maliyyə və siyasi əlaqələrimizi artırmağın yollarını araşdırmaq qərarına gəldik" deyib. Zelenski sözügedən görüşlə bağlı "tvitter" hesabında da BVF-yə ölkəyə 1,4 milyard dollarlıq əlavə dəstəyə görə təşəkkür etdiyini və Ukraynanın maliyyə sabitliyini artırmaq üçün gələcək əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə