II Elizabetin dəfnində iştirak edəcək liderlərin adları AÇIQLANDI - SİYAHI

II Elizabetin dəfnində iştirak edəcək liderlərin adları AÇIQLANDI - SİYAHI

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Londonda keçiriləcək. SİA xəbər verir ki, mərasimdə bir çox dünya liderləri, kral ailəsi və digər nüfuzlu şəxslər iştirak edəcək.

- ABŞ prezidenti və birinci xanımı Co Baydenlə Cill Bayden

- Avstriya Prezidenti Aleksandr Van der Bellen

- Yeni Zelandiyanın Baş naziri Casinda Ardern

- Avstraliyanın Baş naziri Entoni Albanez

- Litva Prezidenti Gitanas Nauseda

- Şri Lanka Prezidenti Ranil Vikremesinqe

- Almaniya Prezidenti Frank-Valter Ştaynmayer

- Cənubi Koreya Prezidenti Yun Sul-Yeul

- Braziliya Prezidenti Jair Bolsonaro

- Belçika Kralı Filip və Kraliça Matilda

- Polşa Prezidenti Andjey Duda

- İtaliya Prezidenti Sercio Mattarella

- Kanadanın Baş naziri Castin Trüdo

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel

- Niderland kralı Villem-Aleksandr və kraliça Maksima

- İspaniya Kralı VI Felipe və Kraliçası Letisiya

- Latviya Prezidenti Egils Levits

- Trinidad və Tobaqonun Prezidenti Paula-Mae Uiks

- Fələstinin Baş naziri Məhəmməd Ştayye

- Finlandiya Prezidenti Sauli Niinisto

- Macarıstan Prezidenti Katalin Novak

- İrlandiya Prezidenti Mişel Hiqins və Baş naziri Mişel Martin

- İspaniyanın keçmiş kralı I Xuan Karlos və həyat yoldaşı Sofiya

Qeyd edək ki, 96 yaşlı kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun ölümündən sonra oğlu Çarlz kral elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə