Abşeron rayonunda şəhid Cəbrayıl Dövlətzadənin doğum günü qeyd edilib FOTOLAR
Xalqımızın zəfər qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, ”Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Dövlətzadə Cəbrayıl Dövlət oğlunun 21-ci doğum günü qeyd edilib. Şəhid Dövlətzadə Cəbrayıl Dövlət oğlunun mövlüdü ilə əlaqədar YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon İcra Hakimiyyətinin "Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili" Şöbəsinin Müdüri Kərim Kərimov, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti İkinci Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etmiş, xatirəsi ehtiramla yad edərək ruhuna dualar oxumuşlar.Ziyarət zamanı Dövlətzadə Cəbrayılın şərəfli döyüş yolundan söz açılmış, cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışılmışdır.
Şəhidin ailəsi də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB