“Azərbaycan hər zaman barışdırıcı mövqedən çıxış edib” - SİYASİ EKSPERT DANIŞDI
“Azərbaycan bölgədə hər zaman barışdırıcı mövqedən çıxış edib”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspet Vüqar Əhmədov bildirib.
Onun sözlərinə görə, sözsüz ki, indiki məqamda, Türkiyənin gücləndiyi və bölgədə söz sahibi olduğu bir vaxtda bu ölkəyə qarşı haqsızlıq artmaqdadır: “Bu məsələnin indi gündəmə gəlməsi təsadüfi deyil, çünki Yunanıstan hər zaman Ermənistana dəstək göstərib və ədalətsiz mövqe nümayiş etdirib. Təsadüfi, deyil ki, ikinci Qarabağ münaqişəsi zamanı cənab Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirinə iradını bildirmişdir. Azərbaycan isə hər zaman qarşılıqlı olaraq Türkiyənin yanında olub. İsrail və Türkiyə arasında əlaqələrin normallaşmasında da Azərbaycan müsbət rolda çıxış edib. Əlbəttə ki, Yunanıstanın Türkiyəyə qarşı tutduğu mövqe ədalətsizdir və bunu tək Yunanıstanın deyil, təəssüf ki, bu ölkənin timsalında qərbin qərəzli münasibətindən qaynaqlanır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Yunanıstan da bəhrələnir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB