"Azərbaycanda 15 ildən çoxdur ki, bu istiqamətdə addımlar atılır" - HƏRBİ EKSPERT AÇIQLADI
“Hər bir ölkənin gücü onun hərbi sənaye sektorunun inkişafı ilə və müdafiə sənayesinin müasir olmasından irəli gəlir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Hərbi ekspertin sözlərinə görə, bu gün Azərbaycanda artıq 15 ildən çoxdur ki, bu istiqamətdə çox ciddi addımlar atılır: “Müdafiə Sənayesi nazirliyinin bazasında formalaşan yeni Müdafiə Sənayesi Kompleksi ordumuzun tələbatını həyata keçirdir. Həmçinin Azərbaycan məhsulunu xaricə çxıardaraq ölkəmizin adını daha da dünyada tanıdır. Bu gün Azərbaycanın özəl müdafiə sənayesi sektoru da formalaşmaqda davam edir. Bu kimi sərgilər dünya müdafiəsi şirkətlərinin, silahlı qüvvələrinin Azərbaycana gəlməsinə və burada öz məhsullarını təqdim etməsinə səbəb olur. Hesab edirəm ki, artıq 4-cü Müdafiə Sənayesi Sərgisi Azərbaycanın müdafiə sənayesi üçün yeni askpektlər açaraq, daha müasir texnologiyaların nümayiş etdirilməsinə şahid oldur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB