Sarıcalı ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib FOTOLAR

Sarıcalı ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirilib FOTOLAR

30 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Aparatın məsul əməkdaşları Sarıcalı ərazi partiya təşkilatının üzvləri ilə görüş keçirmişdir. İlk olaraq yerli təşkilatın rəhbərliyi bir qrup YAP üzvü ilə birlikdə Sarıcalı kəndində ərazi bütövlüyümüzün bərpa olunmasında qəhrəmancasına şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül- çiçək dəstləri qoymuşlar. Daha sonra tədbir Sarıcalı kənd tam orta məktəbinin akt zalında davam etdirilmişdir. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilərək uğurla fəaliyyət göstərir və onun 800 minə yaxın üzvü var. Bu il 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla irəliləyir. Rayon Təşkilatının sədri ötən ilin mart ayının 5-də keçirilən YAP-ın VII qurultayında qəbul edilən qərarlara toxunaraq, partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən, rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tapşırıq və tövsiyələrini vermişdir. Görüşdə çıxış edən partiya fəallarından Aslanov Sərdar, Mehtiyeva Vəsilə, Orucova Ülviyyə, Mehtiyeva Güldanə çıxışlarında Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildiriblər. Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da çiçəklənməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması üçün xalq-iqtidar birliyinin sarsılmazlığının qorunmasında nümunə olmağı özlərinə şərəf hesab etdiklərini vurğulamışlar.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə