"Vətən müharibəsi sübut etdi... - POLİTOLOQ AÇIQLADI

“Ermənilə öz adətlərinə və mənfur xislətlərinə uyğun olaraq hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə azərbaycanlılara məxsus evləri yandıraraq, talan edərək oğurluq fəaliyyəti həyata keçirdirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq bildirib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli birgə bəyanatdan sonra Laçın və Kəlbəcər rayonları Azərbaycana təhvil verilməli idi: “Lakin Ermənistan tərəfi ərziləri boşaltmaq üçün əlavə zaman istəsə də, Azərbaycan humanist mövqeyindən çıxış edərək, buna şərait yaratdı. Ermənilər də bu fürsətdən istifadə edərək, əraziləri minaladılar, mal-qaranı tələf edərək, evləri yandırdılar. Hazırda da bu cür mənfur fəaliyyət icra olunmaqdadır. Laçın şəhərinin mərkəzi üçtərəfli bəyanata əsasən Azərbaycana verilməlidir və alternativ yoldan istifadə olunmaldır. Laçın rayonunun Zabux və Sus kəndlərinin boşaldılması zamanında biz anoloji yolları görürük. Ermənilər yenidən evlərə od vurur və talançılıqla məşğuldular. Bu, erməni siyasətinin tərkib hissədir. Maksimum dərəcədə qonşulara ziyan vurmaq, ərazi iddiaları ilə çıxış etmək istiqamətində irəliləyirlər. Bu fəaliyyətin heç bir nəticəsi olmadığını Vətən müharibəsi sübut etdi. Ermənilər 30 ilə yaxın bir müddət ərzində öz çirkin niyyətlərini istifadə etməklə yanaşı, bu siyasətin regionda dərinləşdirilməsinə xidmət edən fəaliyyət həyata keçirilib. Azərbaycanın güclü ordusu, uzaqgörən lideri sayəsində yeni geosiyasi realıqlar yarandı. Artıq Azərbaycan son dövrlər öz prinsipialığı, qətiyyəti, güclü siyasi iradəsi ilə qarşısına qoyduğu məqsədlərə çatmaqda qərarlı bir dövlət kimi özünü göstərir. "Qısas" antiterror əməliyyatı da bunun bir nəticəsidir. Bu əməliyyat nəticəsində artıq ermənilər öz məsuliyyətlərini başa düşərək, gərəkli addımlar atırlar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə