Bəşəriyyət erməni terroru üz-üzədir TƏHLİL

Mövcud fakt və reallıq ondan ibarətdir ki, son 200 ildə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdiyi düşünülmüş soyqırımı siyasəti xalqımız üçün çox ağır nəticələrə gətirib çıxarmışdır. Erməni terrorçuları və onların havadarları qeyri-insani siyasət yeridərək azərbaycanlıları min illər ərzində yaşadıqları doğma tarixi torpaqlarından didərgin salmış, insanlar qətlə yetirilmiş, xalqımızın tarixi yaşayış məskənləri dağıdılmış, yandırılaraq yerlə-yeksan edilmişdir. Tarixi mənbələrə görə, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati bölgü-erməni vilayəti təşkil edilərkən bu ərazidə mövcud 111 yaşayış məntəqəsindən cəmi 62-si erməni kəndi olmuşdur. Həmin illərdə dağıdılmış 359 azərbaycanlı kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrı-seçkilik siyasətinə məruz qalaraq İran və Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar. XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə demoqrafik vəziyyətin tamamilə dəyişməsinə gətirib çıxarmışdir. Erməni daşnak millətçilərinin “Böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsində milli qırğınlara səbəb olmuşdur. Bu qırğınlar 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda davam etmişdir. Erməni daşnak quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Ermənilər təkcə Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında 200-dən çox yaşayış məntəqəsini dağıtmış, əhalini vəhşicəsinə qətlə yetirmişlər. Erməni terrorçuları hələ 1904-cü ilin senyabrında Bakı şəhərində bir neçə azərbaycanlını qətlə yetirmişlər. Həmin qətllər isə ermənilər tərəfindən xəbərdarlıq xarakteri daşımışdır. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedevi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C.Libardyanın yazdığına görə, üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “Siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən, heç bir səbəb olmadan, qalanları bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “…Bu qısa üçillik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı, bir qeyri-erməni mənşəli şəxs də qanına qəltan edilmişdir. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların qabiliyyətini təşviq etmək məcburiyyətində qoymaq”. 1905-ci il fevralın 7-də erməni terror təşkilatı Bakıda 100-dək dinc vətəndaşlarımızı öldürmüş və yaralamışdır. Erməni quldur dəstələri həmin ilin fevral ayında Bakı sakinlərini qətl və qarətlərə məruz qoymuşdular. Erməni dəstələri kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin (Balabek Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və b.) evlərinə yığılmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış, ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral qırğınları tarixə “Bakı şəhərində qanlı qətliam” kimi düşmüdür. “Daşnaküstyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir. Ümumilli liderimiz Heydər Əliyev bu hadisələrə belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi dinc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.

1905-ci il mayın 11-də Bakı şəhərində beş erməni terrorçusu Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A.Nakaşidzeni və Q.Takiyeşkini qətlə yetirdilər. Bu hadisəni şahid R.R.Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən, qatillərdən biri Dro ləqəbli Drastamat Kanayan olmuşdur. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə- türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldurları 1905-ci il mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarışıqlıqdan istifadə erməni saqqallıları on bir vətəndaşı- 4 qadın, 2 uşaq və 5 kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə divan tutdular. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürmüş, evlərə od vuraraq yandırmışlar. Bütün silah növləri ilə təmin olunmuş erməni quldur dəstələri 1905-ci il iyunun 2-də Mənkus müsəlman kəndinə hücum etmişlər. Silahsız kəndlilər ailələrini götürüb qaçmağa məcbur olmuşlar. Kənddə qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının əlinə keçmişdir. Erməni quldurları şişləri qızdıraraq işgəncə verməklə onu öldürmüşlər. Ermənilər bu vəhşilikləri 1988- 1989-cu illərdə Ermənistan torpaqlarından qovulan azərbaycanlılar üzərində də həyata keçirmişlər. Erməni daşnak dəstələri 1905-ci ilin iyunun 8-də İrəvan yaxınlığındakı Eçmiədzin qəzasındakı Uşu azərbaycanlı kəndini mühasirəyə almış, buranı işğal etdikdən sonra kişilərin başlarını kəsmiş, südəmər uşaqları süngülərə keçirmişlər. Bu basqın zamanı kəndin məscidi yandırılmışdır. Ermənilər ertəsi gün Eçmiədzin qəzasındakı Peçsi, Nazrevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və İrgü azərbaycanlı kəndlərini də yandırmış, məscidlərə od vurmuş və insanlığa yaraşmayan hərəkətlər edərək murdarlamışlar.

Erməni daşnak dəstələri öz çirkin əməllərindən əl çəkməyərək...

Erməni daşnak dəstələri öz çirkin əməllərindən əl çəkməyərək 1905-ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə qarşı dəhşətli qırğınlar törətdilər. 1905-ci il avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu, qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınların məqsədi isə yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci il oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər. Dəstəyə quldur terrorçu Hamazasp başçılıq edirdi. Kənd az vaxt içində insan meyitləri ilə doldu. Uşaqları bir yerə yığaraq kütləvi halda öldürdülər. Azərbaycan xalqının başına gətirilən soyqırımı haqqında ümumilli liderimiz Heydər Əliyevin verdiyi fərmanda qeyd edildiyi kimi: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Erməni terrorçu dəstələri 1905-ci il noyabrın 21-də Tiflis əhalisinə də qanlı və amansız divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. Qırğında çoxlu sayda azəri türklərini də işgəncələrlə öldürmüşlər. 1906-cı il yanvarın 1-də erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, kişilərin başları kəsildi, hamilə qadınların qarnı qılıncla yarıldı, hələ dünyaya gəlməmiş körpələrin boyunları vuruldu. Qırğına daşnak, qulağı kəsik Andronik Ozanyan başçılıq edirdi. Hələ ötən əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsulu general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andronik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”

Erməni vəhşiliyi dünyaya qarşıdır

Maraqlıdır ki, özlərini ariyalı iranlılarla bir irqdən bilib onları qan qardaşı adlandıran erməni daşnakları 1905-ci ilin fevral ayında Bakıda, Tiflisdə, Şuşada qırğınlar törədir, hətta Cənubi Azərbaycandan gələn soydaşlarımızı öldürməkdən belə çəkinmirdilər. Məlum olduğu kimi, 1905-ci ildə Bakının neft mədənlərində çalışan fəhlələrin 25 faizindən çoxu məhz Cənubi Azərbaycandan gəlmiş Azərbaycan türkləri idi. Tarixi mənbələrə görə, XVIII əsrin 1-ci yarısında İrəvanın 65 yaşayış məntəqəsində müsəlmanlar, 4 məntəqəsində isə ermənilər yaşayırdılar. Məhəmmədzadə Mirzəbala yazır ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud olan ermənilərin 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə yaşayırdı. 1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi, on minlərlə soydaşımızın öldürülməsi, Xocalının yerlə yeksan edilməsi bizdən keçmişə diqqət yetirməyi, səhvləri təkrar etməməyi, unutqanlığı birdəfəlik yaddan çıxarmağı tələb edir. 1988-ci ildə azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası silah gücünə həyata keçirildi. Ermənistan Ali Sovetinin 1988-ci il 22 noyabr sessiyasının məxfi tapşırığına əsasən, noyabrın 22-dən 28-dək bu ərazinin 22 rayonundakı 170 təmiz və 94 qarışıq yaşayış yerindən 230 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfər rusdilli əhali erməni saqqallılarının silahlı dəstələri tərəfindən zorla qovuldu. Bu deportasiyaya məruz qalanların 255 nəfəri vəhşicəsinə qətlə yetirilmiş, minlərlə uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin əmlakı çapılıb talan edilmişdir.

Ermənilərin Qafqaza köçürülməsi terroru yaymağa hesablanmışdı

Xaricdən köçurulən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirdi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə(1340 nəfər) yerləşdirildi. Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Rusiya ilə İran arasında bağlanmış Türkmənçay muqaviləsinin 15-ci maddəsinə görə rus çarizminin təkidi ilə İranda yaşayan ermənilərin Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirildi.1829-cu il sentyabrın 2-də Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmiş Ədirnə sülh müqaviləsinin 13-cü maddəsinə əsasən, Osmanlı ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı, elə erməni mənbələri də təsdiqləyir. Türkmənçay müqaviləsinin imzalanmasının (1828-ci il 20 mart) ertəsi günü rus çarı I Nikolay “erməni vilayəti” yaradılması barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə İran hökuməti muharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş şəxslərin (əsasən, ermənilərin) Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. Belə bir vaxtda 1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Lazerev (Qazaros Lazaryan) köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını zamanı (13 oktyabr) Lazerevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun uzərinə açdılar. Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı.1828-ci il dekabrın 24-də Lazerevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il dekabrın 24-də Lazerevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazerev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir.1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: ”Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazerevin vədinə əsasən köçürülən ailələrin sayı 5minə çatdırılmısdı. İ.Sopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə(1725 nəfər)İrəvan sahəsinin özündə 265ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər)isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində,Naxçıvan əyalətinin 61 kəndində,Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə,İrəvan əyalətində 4559 ailə(23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər),Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi. Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazerevin hesabatından məlum olur ki, 3 ay yarım ərzində İran ərazisindən xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşsür ki, bu da ən azı 40 min nəfər demək idi. Həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400min manat gümüş pul xərclənmişdi. Bununla yanaşı, rus tədqiqatçısı N.Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığını yazır. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə-yeni vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar. II Rusiya-İran müharibəsində qələbə çalan rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gumru yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluya hücuma başladı. İyunun 23-də Qars qalası işğal edildi.Rus qoşunları iyulun 24-də Axalkalakını,avqustun 15-də Axiskanı,22-də Ərdahanı,28-də Bəyazidi işğal etdilər.1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu,daha sonra Muşu,Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından-öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də əsasən Türkiyənin içərilərinə köçməyə məcbur oldular. 1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəliləyərkən II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-cu il sentyabrın 2-də Ədirnə muqaviləsinin bağlanması ilə nəticələndi.Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars,Trabzon,Bəyazid və Ərzurum paşalıqları isə Turkiyəyə qaytarıldı.Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi.Turkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “erməni vilayətində”yerləşdirilməsinə icazə istədi.1829-cu il noyabrın 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun tərəfini bəyəndiyini bildirdi.Türkiyənin Qars və onun ətrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz(Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi.Rus general-mayoru Bercman Qarsdan Gumruyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirdi.İrəvan yaxınlığında Sərdarabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi.Bir qədər keçdikdən sonra M.Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazrdı:”İrəvan quberniyasında yaşayan ermənlərin əksəriyyəti buranın yerli sakinləri olmayıb,1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları yerin iqliminə uyğun olan Ələyəz dağı ətrafında-Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi.Türkiyədən köçürülən ermənilər Axiska, Pəmbək-Şorəyel və “erməni vilayətində”yerləşdirildi. Talış mahalı, Göyçə gölu ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü.Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska padşahlığı ərazisində,1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ail isə Pəmbək və Şorayel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə Osmanlı dövlətinin torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum oldu. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviç adına verilmiş əlahəzrətin buyuruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə(90 min nəfərə qədər) üçün 380 min gümüş pulun ayrıldığı bildirildi. İ.Sopenin apardığı siyahıyaalmanın nəticələrinə görə 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə” Türkiyədən 21666 nəfər(3682 ailə)erməni, 324 nəfər(67 ailə) yezidi kürdü köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdarabad, Şərur və Surməli dairələri yaradıldı. Mənbələr ,arxiv materialların saxlandığı Matendaranda sənədlərə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edirlər. 1834-cü ilin kameral təsvirinə görə bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar, yəni Azərbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenəcə köçürülən yezidi türkləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi. 20 cilddən ibarət həmin siyahıyaalmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətini Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Bu siyahıyaalmaya görə müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə köçürülən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. Beləliklə, XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum-erməni toplumu peyda oldu. Nəticədə terror daha da yayılmış oldu ki, bundan da ən çox əziyyət çəkən Azərbaycan dövləti və xalqı oldu. Bu gün də erməni terroru davam edir və günahsız Azərbaycan övladları qətliamlara məruz qalır. Dünya birliyi ənənəsinə uyğun olaraq erməni terroruna susur. Çünki özləri yetişdikləri erməni terrorunu dayandırmaqda maraqlı deyillər. Ancaq unudurlar ki, erməni terror sərhəd və xalq tanımadığı üçün bir gün onlarında başının üstünü kəsdirəcək və bu halda erməni terroruna dəstək verməklə yanlışlığa yol verdiklərini anlayacaqlar. O zaman isə artıq gec olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə