"İlin sonuna qədər müharibənin davam edəcəyi gözlənilir" - POLİTOLOQ DANIŞDI

"İlin sonuna qədər müharibənin davam edəcəyi gözlənilir" - POLİTOLOQ DANIŞDI

"Rusiya-Ukrayna müharibəsi əslində daha çox ABŞ-ın maraqlarına uyğundur. Rusiya özü də bilmədən çox böyük bir bataqlığa girib. Çünki ABŞ-ın əsas məqsədi Ukrayna cəbhəsi açmaqla Rusiyanın başını qatmaq, həmçinin Rusiya-Ukrayna müharibəsini Avropa İttifaqının zəifləməsinə qarşı istifadə etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, ABŞ istədiyinə nail oldu. İngiltərə ABŞ-ın planını bildiyi üçün Avropa İttifaqından ayrıldı: "ABŞ-ın məqsədi dollarının dəyərinin avronun dəyərinə bərabər olması idi. ABŞ artıq ona nail oldu. Bu 5 ay ərzində avro öz dəyərini itirdi və onun dəyərini itirməsi prosesi davam edəcək. Avropa İttifaqının iqtisadi lokomotivi Almaniyadır. ABŞ böyük siyasi oyun hazırlayıb və Rusiyanı bu oyuna daxil edib.

Xatırlayırsınızsa, ABŞ-ın müdafiə naziri qeyd edib ki, Rusiya Ukraynada etdiklərinin bədəlini ödəyir. Ukraynanın dağılması, parçalanması ABŞ-ın marağında deyil. Onlar Zelenskinin təcrübəsizliyindən istifadə edir. ABŞ dünya arxitekturasında öz yerini və rolunu artırmaqdan ötrü Ukrayna kartından istifadə elədi. Ona görə də bu müharibə hələ davam edəcək. ABŞ Rusiyanı zəiflətmək üçün 2-ci, 3-cü cəbhəni də açacaq. Ayrı-ayrı dövlətlərin öz maraqları var. Ukraynanın əsas problemi taxıl məsələsi idi. Amma indi taxılın daşınmasında bir çox ölkələr Ukraynaya yardım edir. İndiki şəraitdə müharibənin hələ də davam etməsi bütün tərəfləri qane edir. İlin sonuna qədər müharibənin davam edəcəyi gözlənilir. Bu müharibə üzücü və yorucu bir müharibədir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə