Binəqədi rayonunda partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə görüş keçirilib FOTOLAR

Binəqədi rayonunda partiyaya üzv olmaq üçün müraciət edən şəxslərlə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov, təşkilatın əməkdaşları, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslər və aidiyyatı üzrə ərazi partiya təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov YAP-ın yaranma tarixindən, fəaliyyətindən, strukturundan ətraflı danışıb. Ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, iqtisadi proseslərə diqqət yönəldib. Bildirib ki, dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə uğurlu islahatlar həyata keçirilir. Ölkəmiz daha da inkişaf edir, dünyadakı mövqeyi möhkəmlənir. Mövcud inkişafa paralel olaraq partiya daxilində də islahatların uğurla aparıldığını və sonuncu – VII qurultayda qəbul edilən qərarlar barədə məlumat verib. YAP-ın regionun ən mütəşəkkil və aparıcı siyasi partiyası olaraq artan nüfuzundan danışaraq partiya sıralarına üzv qəbul olmaq üçün müraciət edən insanların sayının günbəgün artmasının bu siyasətə xalq dəstəyinin bariz sübutu olduğunu diqqətə çatdırıb. Vüsar İsmayılov çıxışında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızın azad edilməsindən, ölkəmizdəki dövlət-xalq-iqtidar-ordu birliyindən qürurla danışıb. Rayon təşkilatının sədri partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə ətraflı söhbət apararaq, onları partiyanın fəaliyyətində hər zaman fəal olmağa çağırıb.

Görüşdə çıxış edən Lala Qurbanova, Gülər Nəsirova və digərləri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevi dəstəklədiklərini və partiyanın fəaliyyətində yaxından iştirak edəcəklərini diqqətə çatdırıblar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə