“Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib” - MÖVQE BİLDİRİLDİ

“Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib” - MÖVQE BİLDİRİLDİ

“Ermənistanın mövqelərimizi atəşə tutmasının arxasında Azərbaycanın təzyiqləri dayanır. Çünki danışıqlar sonsuz davam edə bilməz, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan nə sərhəd, nə Zəngəzur koridoru, nə də sülh müqaviləsi üzrə real addımlar atmır, prosesi uzadır, ara-sıra bu cür təxribatlara əl atır: “Əlbəttə ki, rəsmi Bakı hələ ki, siyasi və diplomatik təzyiqlərdən istifadə edir, lakin bu belə davam edərsə, artıq Azərbaycan Ermənistanı öhdəliklərə əməl etməsi üçün gücdən istifadə etmək məcburiyyətində qalacaq. Əgər Ermənistanın siyasi hakimiyyəti Qarabağdakı qanunsuz hərbi birləşmələri yığışdıra bilmirsə, sərhədlər məsələsi və Zəngəzur koridoru ilə bağlı siyasi iradə nümayiş etdirməyə gücü çatmırsa və ya bunu etmək istəmirsə, bunu açıq bəyan etsin və rəsmi Bakı artıq buna görə hərəkət etsin”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə