DGT-ya sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

DGT-ya sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Prezident İlham Əliyev Şahin Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə