"Azərbaycan öz suveren hüquqlarını qorumaq gücündədir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müntəzəm olaraq Nazirlər Kabinetinin iclasını keçirməsi və burada görülən işlərə yekun vurulması, növbəti planların müzakirə edilməsi artıq bir ənənə halını alıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti bu tədbirlərdə cənab Prezidentin bir çox aktual məsələlərə dair mövqeyinin şahidi olur: "Ölkə başçısı hər zaman bütün məsələlərdən xəbərdar olduğunu vurğulamış və bu məsələlərin həllinə dair operativ münasibət göstərdiyini ortaya qoyub.
Dünən ölkə başçısı İlham Əliyev həm sosial-iqtisadi inkişafla bağlı, həm də sosial məsələlərin həlli ilə bağlı Azərbaycan dövlətinin atdığı addımlar barəsində ictimaiyyətə məlumat verdi. Son günlər gündəmə çevrilən Vətən müharibəsi qazilərinin məsələsinə də toxunaraq bu istiqamətdə çox böyük işlər görüldüyünü və qazilərin, şəhid ailələrinin problemlərinin İcra Hakimiyyəti orqanları tərəfindən diqqətində olması vacibliyini ortaya qoydu. Düşünürəm ki, Azərbaycan vətəndaşı ölkə rəhbərliyinin xalqı üçün çox ciddi fəaliyyət göstərdiyinin bir daha şahidi oldu. Eyni zamanda dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinə də toxundu. 10 noyabr 2020-ci il birgə bəyannaməsinin yerinə yetirilməsi zamanı Ermənistanın siyasi təxribat məsələlərinə də münasibətini bildirdi. Azərbaycanın üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, Ermənistanın isə bir sıra hallarda indiyə qədər dəqiq mövqe ortaya qoymadığını bəyan etdi. Görünən ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suveren hüquqlarını qorumaq gücündədir və bunu heç bir qüvvəyə, o cümlədən Ermənistana güzəştə getməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB