Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən çökür ŞƏRH

Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən çökür ŞƏRH

Bir çox ekspertlər, Ermənistanın iqtisadi perspektivləri ilə bağlı kifayət qədər bədbin, hətta SOS siqnalları verməyə başlayıblar

Dünya iqtisadiyyatında müşahidə olunan tendensiyalar Ermənistan iqtisadiyyatına da öz ağır təsirlərini göstərməyə başlayıb. Belə ki, İrəvanda davam edən siyasi və iqtisadi böhranlar sanki bir-birini tamamlayır və ölkədəki xaotik vəziyyət çərçivədən çıxmağa başlayıb. Məsələn, Ermənistan üçün ən böyük problemlər Rusiyaya qarşı misli görünməmiş sanksiyalardır. Bu, Rusiya iqtisadiyyatında geriləmə və dinamikanın azalmasına gətirib çıxaracaq və nəticədə digər ölkələrin iqtisadi artımı ləngiyəcək.

İnflyasiya həddi 2022-ci ilin sonuna qədər daha 7% artacaq!

Artıq Ermənistanın mərkəzi bankı həyacan təbili çalmağa başlayıb. Məsələ ondadır ki, beynəlxalq enerji və ərzaq məhsulları bazarlarında baş verən hazırkı proseslər erməni bazarı üçün inflyasiya gözləntilərini daha da artırmağa başladıb. Belə bir şəraitdə inflyasiya həddi 2022-ci ilin sonuna qədər daha 7% artacaq və bunu erməni iqtisadçıları da etiraf edirlər.

Daha bir fakt budur ki, iqtisadi fəaliyyət mühiti ilə biznesin inkişafı və azad rəqabətin təmin edilməsi əlverişli deyil.

Hökumət sahibkarlara təzyiqlər göstərir

Artıq Nikol Paşinyan hakimiyyəti sahibkarlara istənilən vaxt təzyiq göstərməyə, onların hüquqlarını pozmağa imkan verən qanunvericilik sahəsi yaradıb. Artıq vəziyyət o qədər acınacaqlıdır ki, Ermənistan 2019-cu ilin böhrandan sonrakı səviyyəsinə belə çata bilməyib. Ona görə də təsadüfi deyil ki, bir çox ekspertlər, Ermənistanın iqtisadi perspektivləri ilə bağlı kifayət qədər bədbin, hətta SOS siqnalları verməyə başlayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə