Bu, Heydər Əliyevə hörmətin təzahürüdür

Özbəkistan Respublikası Mərkəzi Asiyada yerləşən türk dövlətlərindən biridir.Tarix boyu torpaqları böyük dövlətlərin maraq dairəsində olmuşdur. Bir çox türk mənşəli dövlətlərin də mərkəzi bu torpaqlar olmuşdur. Özbəkistan 70 ilə yaxın bir vaxt SSRİ tərkibində olmuşdur. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əlaqələr SSRİ dövründə başlamışdır. SSRİ dağıldıqdan sonra hər iki dövlət arasında əlaqələr yüksək səviyədə inkişaf etməkdə davam edir. Özbəkistan pampıq lifinin ilk dövründən başlayaraq son mərhələsinə qədər emal edən dünyada iki dövlətdən biridir.Özbəkistan coğrafi mövqeyi ilə daha çox pambıqçılıq üzrə daha geniş inkişaf etmişdir. Eyni zamanda ölkə ağır maşınqayırma sahəsində də geniş inkişaf etmişdir.​

​Azərbaycan Prezidenti İlham Əliyev 22 İyun 2022-ci ildə Özbəkistana səfərdə olub.Bu səfər bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır.Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılşı olmuş, 20-dək sənəd imzalanmışdır. Özbəkistana səfər zamanı Prezident İlham Əliyev çox yüksək səviyyədə qarşılanmışdır.

Prezidentin səfər zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni bir mərhələyə yüksəltmiş olacaqdır: "Bu baxımdan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamə xüsusi əhəmiyyətə malikdir.Bu xüsusi əhəmiyyətə malik olan sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.

İlham Əliyevi Özbəkistana dövlət səfəri Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etmişdir. 1997-ci ildə Ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Məhz Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətini xüsusi ilə nümayiş etdirir. Təsadüfü deyil ki, ulu öndər Heydər Əliyev Özbək xalqına böyük sevgi və rəğbət ilə yanaşmışdır.

​Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. Bunlara BMT, İƏT, TDT çərçivəsində Özbəkistanın hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləməsi gözəl bir nümunədir.

Azərbaycan və Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığa sahibdir. "Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır.

Hər iki ölkə həmçinin nəqliyyat-logistika sahəsində də əməkdaşlığını daha da gücləndirilmək niyyətindədir.Bunun üçün imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in bu məqsədə xidmət edir.Məhz bu sahədə hər iki dövlətin imkanları kifayət qədər böyükdür. Əsas məqsəd bu tərəfdaşlığı daha da inkişaf etdirməkdir.

Bu səfərdən aydın olur ki, iki ölkə liderləri sənaye və investisiya sahəsində də əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş” bu planları həyata keçirməyə imkan verəcəkdir.

Özbəkistan Qarabağda həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətindədir. Özbəkistan Prezidenti Şavkat Mirziyayev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Azərbaycan və Özbəkistan xalqı eyni soya, ortaq tarixə və mədəniyyətə, hətda milli adət-ənənələrə malik olan xalqlardandır.Bizim aramızdakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır.

Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı.
Azərbaycan xalqı hər zaman hətta ən ağır dövrdə belə Özbəkistanın qardaşlıq dəstəyini hiss etmişdir. Bu, bizim üçün çox qiymətlidir və bu hadisələr bizim münasibətlərimizin tarixində ən yadda qalan, unudulmaz hadisələrdir.

Nərmin Əliyeva

Sanator-kurort reabilitasiya mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...