Azərbaycan-Özbəkistan dövlətləri arasında münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI

Azərbaycan-Özbəkistan dövlətləri arasında münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI

“Biz son iki gündə Özbəkistan-Azərbaycan münasibətlərində tarixi əlamətdar hadisələrin şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, tarixən Azərbaycan və Özbəkistan türk dünyasının əsas mərkəzləri rolunda çıxış ediblər: “Son 300 il ərzində bir qədər dəyişikliklər baş verdi və bölgənin işğal edilməsi eyni zamanda Türkistana dəyən zərbə əlbətdə ki, Azərbaycanın həm də Özbəkistanın öz maraqlarını sona qədər yerinə yetirməməsinə gətirib çıxardır. Lakin müstəqillik əldə ediləndən sonra tədricən bir türk dövlətləri arasında birləşməlidir. Biz Azərbaycanla Özbəkistan arasında atılan dəstixəttin şahidi olduq. Dünən strateji müttəfiqliyin dərinləşməsi eyni zamanda hərbi əməkdaşlıq barədə imzalanmış sənədlər və hər iki dövlət başçısının nazirlərə verdiyi tapşırıqlar gündəlik problemlərin həllini tapacağından xəbər verir. Özbəkistan Mərkəzi Asiyanın ən böyük dövlətlərindən biridir. Həmçinin demokratik, hərbi, siyasi, iqtisadi potensialına görə ilk yerdə olan dövlətlərdən biri sayılır. Həmçinin Özbəkistanın kifayət qədər ciddi potensialı var ki, bu potensial müxtəlif sahələrdə Azərbaycana dividentlik gətirə bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə