Ermənistanda kriminogen vəziyyət artır ANALİTİK

Ermənistanda kriminogen vəziyyət artır ANALİTİK

İyunun 19-da Ermənistanı silkələyən bir hadisə növbəti dəfə ölkədəki kriminogen durumun heç də yaxşı olmadığını sübut etdi və ən maraqlısı budur ki, bu dəfə də hadisənin arxasından Paşinyan komandasının üzvü çıxdı

Son vaxtlar Ermənistandakı siyasi böhranla yanaşı, həm də kriminogen vəziyyət də sürətlə artmağa başlayıb. Maraqlısı isə budur ki, kriminal qarşıdurmaların arxaından hakimiyyətyönlü dairələr çıxmağa başlayıblar. Bir vaxtlar Robert Koçaryanla Serj Sarqsyanın iqtidarları dövründə baş verən kriminal razborkalar artıq Nikol Paşinyan hakimiyyətində də baş verməkdədir. Halbuki, Nikol Paşinyanın növbədənkənar seçkilər ərəfəsində və ondan da əvvəl verdiyi vədləri sırasında məhz kriminalın aradan qaldırılması kimi məsələ də dayanırdı.

Beləliklə, iyunun 19-da Ermənistanı silkələyən bir hadisə növbəti dəfə ölkədəki kriminogen durumun heç də yaxşı olmadığını sübut etdi və ən maraqlısı budur ki, bu dəfə də hadisənin arxasından Paşinyan komandasının üzvü çıxdı. Göstərilən tarixdə Aparan şəhərində baş vermiş silahlı toqquşma isə həm də siyasi kontekstdə olub. Atışmanın nəticəsi isə belədir: iki ölü, beş yaralı!

Erməni KİV-lərinin yazdıqlarına görə, Nikol Paşinyanın tərəfdarları Kalaşnikov tipli avtomat oldu silahlı ilə baş nazir Nikol paşinyanı təhqir edən bir qrup gəncə tərəf atəş açıblar. Məlum olub ki, atəş açanların içində hakim “Vətəndaş sazişi” partiyasının parlamentdəki deputatı Matevos Asatryanın qardaşı, həmçinin Araqatsot vilayətinin qubernatoru Edqar Parvanyanın əmisi oğlu olublar.

Eyni zamanda, gülləboranda həlak olanların da adları məlum olub. Onlardan biri Ermənistan respublikasının Milli Təhlükəsizlik Xidmətinin sərhədçisi Amik Mikaelyan, digəri isə Aparan şəhərinin merinin qohumudur. Məlum olub ki, razborkada heç də sıravi kəndlilər iştirak etməyiblər.

Artıq ölkə ictimaiyyəti də baş verən hadisə ilə bağlı təlaşlar keçirməyə başlayıblar. Həmçinin bildirilir ki, artıq polisin özü belə siyasi bəyanatlar səsləndirir və hakimiyyəti müdafiə edir. İnsan haqları müdafiəçisi Ruben Melikyan isə bildirib ki, polisin hakimiyyətlə əlbir olması, artıq bu kimi hadisələrin artacağından xəbər verir. Görünən isə həm də budur ki, məxməri inqilabın mexanizmləri artıq paslanmağa başlayıb. Hətta bu gün Ermənistanda təlaş keçirən xalq da bildirir ki, Nikol Paşinyan 2028-ci ildə hakimiyyətə yiyələnərkən demişdi ki, heç bir məsələ silahla həll edilməyəcək, amma baş verən hadisə tamamilə əksini göstərir. Hakimiyyətə qarşı çıxanlar artıq silahla qarşı-qarşıya qalmalı olurlar.

Yeri gəlmişkən, 2020-ci ilin 13 noyabr tarixində baş vermiş küçə iğtişaşları zamanı MTX-də sorğulanan 27 yaşlı Qarnik Petrosyanın sonradan körpüdən yerə atıldığı, yəni intihar etməsi barədə faktlar da xatırladılır. Bu həmin şəxslərdən biridir ki, Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra parlament binasının talanmasında iştirak edib.

Bütün bunlar isə sübut edir ki, Ermənistanda hər zaman mövcud olan silahlı toqquşmalar, kriminal cinayətlər bu gün də mövcud olmaqdadır və bu mövcudluq ölkənin heç də normal mühitə qayıdacağı proqnozlarını vermir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə