Aya kim sahibdirsə, dünyanın sahibi də odur… - ANALİZ

Aya kim sahibdirsə, dünyanın sahibi də odur… - ANALİZ

Dünya ölkələri arasında kosmos yarışı yenidən canlanır. Təkcə 2022-ci ildə Aya səkkiz pilotsuz uçuş planlaşdırılıb və daha bir neçəsinin də olacağı gözlənilir. Qeyd edək ki, bu ölkələr Ayda mədən hasilatı aparmaqda maraqlıdırlar, buna görə də onların hər birinin ora daha tez çatması çox vacibdir.

Bu ilin sonuna qədər Aya səkkiz missiya planlaşdırılır. Bu, astronavtika tarixində görünməmiş bir rəqəmdir. Üç Amerika missiyası, iki yapon və hər birindən biri olmaqla Rusiya, Hindistan və Cənubi Koreya Aya tez çatmaq üçün bütün resurslarını səfərbər ediblər. Bu gəmilərin hamısı pilotsuzdur. 2025-ci ildə isə proqnozlara görə, insan yenidən Ayın səthinə ayaq basacaq. Bu vaxta qədər isə daha çox ölkə missiyalara qoşulacaq. Bu, bəşəriyyət üçün böyük addımdır. Qadınlara öz izlərini buraxmaq üçün daha bir fürsət veriləcək.

İstər hökumətlər, istərsə də özəl şirkətlər arasında Yerin peykini fəth etmək istəyənlər çoxdur, amma heç kim illüziya qurmur. İkinci kosmik yarışa, Soyuq Müharibə dövründə olduğu kimi, iki fövqəldövlət daxil olub: ABŞ və Rusiya. Çin isə onları daban-dabana izləməkdədir.

Bu yarış həm də tanrıya sitayiş edənlərin döyüşü olacaq. NASA missiyası Apollonun bacısı Artemidanın adını daşıyır. Amerika agentliyi buna təxminən 90 milyard avro xərcləyəcək. Çin missiyası isə “Ay sarayında jade dovşanı ilə yaşayan ilahə Çanqe”nin şərəfinə adlandırılıb. Çinin nə qədər xərcləyəcəyini heç kim bilmir, amma keçən il Asiya nəhəngi bird aha bu missiyanı yerinə yetirməkdə ciddi olduğunu göstərdi. Çin zondu peyki ilk geri qaytarma missiyası zamanı Ay səthinin nümunələrini çatdırdı. Yeni kosmos yarışı NASA-nın direktoru Bill Nelsonun Nümayəndələr Palatasındakı çıxışı zamanı Çin aparatının ilk cəhddə Marsa eniş etdiyi dedi və bütün bu sıçrayış texnologiyalarının, habelə Çin kosmik gəmilərinin Amerika ilə oxşarlığı haqqında danışmasından sonra mübarizə yenidən qızışdı. Hətta ABŞ Çini sənaye casusluğunda ittiham etdi: “Bəli, onlar oğurluğu yaxşı bacarırlar. Biz kibertəhlükəsizliyə çox ciddi yanaşmalıyıq”.

1-ci məqsəd: Yeri, Ayı və Günəşi bir sıraya düzmək

ABŞ-la Çin arasında gərginlik o qədər artdı ki, hətta bu iki dünya nəhəngi arasında müharibənin olacağını deyənlər də tapıldı. Çin kosmik stansiyasının ABŞ-ın kimyəvi yanacaqla işləyən daşıyıcı qurğuundan üstün olan yeni nəsil ion itələyicilərindən istifadə etdiyini gördükdən sonra NASA növbəti uçuşa ara verməli oldu. Hətta zəif tənzimlənmiş klapan və vaxtında olmayan tufanı səbəb kimi göstərib kosmik gəminin uçuşunu startda ləğv etdi, Artemidanın birinci mərhələsini gecikdirdi. İlk fürsət iyulun 26-dan avqustun 10-dək təqdim olunacaq. Ümumilikdə 13 buraxılış şansı olacaq və ulduzlar – Yer, Ay və Günəş sözün əsl mənasında yaxınlaşmalı, saatın dişliləri kimi birləşməlidir. Bu zaman ”Retrograd orbit”dən istifadə ediləcək (planet və peyk əks istiqamətdə hərəkət edəcək). Bu, Artemis raketindən çıxan “Orion” kosmik gəmisinə cazibə qüvvəsi verəcək və soyuq maye oksigen və hidrogendən ibarət yanacağa həddindən artıq qənaət edəcək. Trayektoriya elə olmalıdır ki, “Orion” 90 dəqiqədən artıq qaranlıqda qalmasın, əks halda günəş panelləri işləməyəcək. Yerə qayıdarkən meyl bucağı elə olmalıdır ki, ekipaj yüksək temperaturdan yanmasın. Hər şey yaxşı olarsa, ikinci mərhələdə (2024) dörd astronavt Yerə qayıtmazdan əvvəl kapsulda Ayın ətrafında uçacaq. Və nəhayət, üçüncü mərhələdə (2025) iki astronavt - kişi və qadın Ayın səthinə ayaq basacaq. Bu, ABŞ-ın Vyetnam müharibəsinə daha çox vəsait yönəltmək üçün Apollon proqramını ləğv etdiyi 1972-ci ildən bəri ilk planlaşdırılan missiyadır.

2-ci məqsəd: Ayın kolonizasiyası

Geri sayım başlamaq üzrədir. Bu dəfə missiyanın məqsədi təkcə insanları Aya çatdırmaq deyil, həm də Ayda davamlı mövcudluğun əsasını qoymaqdır. Niyə indi? Bunun üç səbəbi var. Birincisi, texnologiya və hökumətlərlə özəl sektor arasında əməkdaşlıq uçuş xərclər azaldılıb. Bir kiloqram avadanlığın kosmosa daşınması təxminən 55 min avroya başa gəlir. Halbuki əsrin əvvəlində bu yükün daşınmasına bir milyon xərcləmək lazım idi. Halbuki, SpaceX-in artıq sınaqdan keçirdiyi təkrar istifadə edilə bilən raketlər sayəsində bu, iki min avroya başa gələcək.

İkincisi, hələ də həll edilməli olan elmi sirlər var. Məsələn, Ay qütblərinin kraterlərində donmuş suyun mənşəyi.
Üçüncüsü, bu, böyük bir iş olacaq. Məhz buna görə də Donald Tramp Ayın toxunulmaz beynəlxalq statusuna baxmayaraq, kosmosda mədən işlərinə qoyulan qadağanı ləğv etdi. Yerdə mikroçiplər, nadir torpaqlar və litium yoxdur, ona görə də Ay yeni Eldorado kimi qəbul edilir.

Yerin peyki Ayda titan və alüminium yataqları, həmçinin qiymətli metallar və yarı qiymətli daşlar var. Bu elementlər nüvə reaktorları üçün yanacaq kimi xidmət edə bilən helium-3 və torium ehtiyatları da var. Əvvəllər kosmik maddə yataqlarının işlətməsini qadağan edən Kosmos Müqaviləsini ləğv etmək lazım idi. Müqavilə 1967-ci ildə 109 ölkə tərəfindən imzalanıb. 2020-ci ildə Tramp imzalayanlara elmi araşdırma adı altında Ay resurslarını əldə etməyə imkan verən Artemida Sazişlərini təqdim etdi. Bu sənədə əsasən, ABŞ-da qızıl axtarılan günlərdə olduğu kimi, kim birinci gəlirsə, resursların çıxarılması ilə məşğul olacaq icazəsi verildi. Ona görə də artıq 17 ölkə bu müqavilələri imzalayıb. Kim axırıncıdırsa, axmaqdır... Və hər hansı konkret ərazi üzərində suverenlik yaratmaq qadağan olunsa da, müvəqqəti təhlükəsizlik zonaları və ya hətta tarixi maraq zonaları təyin etmək olar, məsələn, Nil Armstronqun Aya ilk ayaq basdığı yerdə çəkməsinin izləri qalıb. Və deməli ilk amerikalının ayaq izləri olan yerlər artıq Amerikaya məxsusdur. Bəzi hüquqşünaslar müqavilələrin etibarlılığını şübhə altına alır, lakin bəziləri qeyd edir ki, iştirakçı ölkələrin əksəriyyəti Aya çata biləcək yeganə ölkə olduğundan, əslində öz qaydalarını təyin edəcəklər və bu, müstəmləkəçilik dövründəki kimi bir şey olacaq.

Hər kəs bu tortdan öz payını almaq istəyir. “Emergen Research” konsaltinq şirkəti, bu onilliyin sonuna qədər kosmik tədqiqat bazarının (Ay Mars, asteroidlər və digər istiqamətlər) 630 milyard dollara çatacağını proqnozlaşdırır. Öz növbəsində Northern Sky analitikləri Ay bazarının inkişafı ilə bağlı hesabat dərc ediblər və orada 2031-ci ilə qədər Aya 70 kommersiya (şəxsi) missiyanın həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir. Lonestar Ayda məlumat mərkəzləri qurmaq istəyir, çünki sistemləri soyutmaq daha ucuzdur. Digərləri tikintidə regolitdən istifadə etmək istəyirlər (maqnezium ilə birlikdə betonun xüsusiyyətlərini əldə edir). Bu texnologiya gələcəkdə 3D printerlərdən istifadə edərək Ayda yaşayış məntəqələri qurmağa imkan verəcək...

NASA artıq Artemida anbarını bir növ yük qoşqusuna çevirib ki, burada bir çox müxtəlif şirkətlər pul müqabilində robotlar, Ayda gəzinti aparatları, kabinlər və digər zibilləri daşıyırlar ki, onlar daha sonra Ay səthində sınaqdan keçirilə bilsinlər. Yaponiya dəqiq eniş təlimi keçirəcək, Hindistan isə modulunun keçən dəfəki kimi partlamamasına əmin olmağa çalışacaq. Ərəblər və yəhudilər əl-ələ verib (İsrail və BƏƏ birgə missiyaya hazırlaşır), Avropa Kosmik Agentliyi isə Ukraynaya görə Rusiya ilə əlaqələri kəsib və indi rusların çinlilərlə əməkdaşlıq etmək imkanı var.

3-cü məqsəd: Dünyaya hakim olmaq

Çin artıq bildirib ki, kosmosda kim hökm sürürsə, o da dünyanı idarə edir. Hamı Ayın cənub qütbünə, onun gizli hissəsinə yerləşmək üçün mübahisəyə girişib. Məsələ burasındadır ki, Ayın cənub qütbündəki buz Marsa uçuş üçün yanacaq kimi istifadə edilə bilər.
Hökumətlər, investorlar və elm adamları eyforiya vəziyyətindədirlər. Bircə qalır ictimaiyyəti bu ideyaya necə yoluxdurmaq. 1960-cı illərdə ABŞ-ın prezident Con Kennedi ölkəsinin Aya sahiblənmək ideyasını dəstəkləyənlərin önündə gedirdi. Bu dəfə İlon Musk (SpaceX) və yaxud Jeff Bezos (Blue Origin) bu “xəstəliyə” yoluxa bilər. ABŞ-da müsahibə verənlərin fikrincə, kosmik tədqiqatlar daha çox iqlim dəyişikliyinə və Yerlə toqquşa biləcək asteroidlərin öyrənilməsinə yönəldilməlidir. Yalnız 8% hesab edir ki, Aya astronavt göndərilməsi prioritet olmalıdır. "Atlantic" jurnalı qeyd edir: "NASA illər boyu amerikalıları kosmosun tədqiqini dəstəkləməyə inandırmağa çalışdı və "Apollon"u milli birliyin nəticəsi kimi təqdim etdi. Amma bu, belə olmadı. Dərhal keçirilən sorğudan başqa, Ay proqramı populyar deyildi. Apollon-11-in Aya enişindən sonra digərləri texnoloji tərəqqinin gec-tez bütün cəmiyyətə çatacağına inanırdı. Bu gün isə cəmiyyət də, NASA da fərqli düşünür. Aya kim sahib olmalıdır? Hər bir ölkə ilkin olaraq öz adını eşitmək istəyir.

Amma kosmosda çətin tədqiqatlara girişməkdənsə yerdə problemləri həll etmək daha faydalı və yer adamına gərəkli olar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə