"Azərbaycan dünyada hörmət olunan ölkələrdən biridir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi son illərdə böyük beynəlxalq platformaların, tədbirlərin, konfransların, böyük idman yarışlarının təşkil olunduğu çox böyük bir mərkəzdir. Ölkəmiz artıq beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəlidir. Bu cür tədbirlər Avropa ilə Asiya arasında etimadın yaradılmasına böyük dəstək verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu tədbir iki ildən bir Bakıda keçirilir: "Demək Bakıda keçirilən bu forum BMT Baş Assambleyasının qətnaməsi ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi dünyada tanınır: "IX Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzində olan böyük tədbir oldu. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən tədbirdə 50-dən çox ölkədə 400-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət başçıları, gənc liderlər iştirak edib. Bu forum beynəlxalq aləmdə göstərilən böyük diqqətdən xəbər verir.
Forumda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərin çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər dövlətlərin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi beyin mərkəzlərinin rəhbərlərinin iştirakı bu tədbirin beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir. IX Qlobal Bakı Forumu bir çox xüsusiyyətinə görə, digər beynəlxalq forumlardan fərqlənir. Digər forumlardan fərqli olaraq IX Qlobal Bakı Forumu universal xarakter daşıyır".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident İlham Əliyev artıq dünya siyasilərinin diqqətində olan bir liderdir: "Bu, Azərbaycanın dünya ölkələri sırasında önəmli yerdə olduğuna işarədir. Bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Sözün əsl mənasında Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan təkcə bizim bölgədə yox, həmçinin dünyada hörmət olunan ölkələrdən biridir. IX Qlobal Bakı Forumu öz çəkisinə, nüfuzuna görə dünyada yeni çağırışlara cavab verən və onların müzakirə olunduğu böyük beynəlxalq platforma kimi dünyanın diqqət mərkəzində olacaq".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB