YAP Binəqədi rayon təşkilatı Tibb İşçilərinin Peşə Bayramını qeyd edib - FOTOLAR

YAP Binəqədi rayon təşkilatı Tibb İşçilərinin Peşə Bayramını qeyd edib - FOTOLAR

17 iyun 2022-ci il tarixində YAP Binəqədi rayon təşkilatının M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 3 ünvanlı ərazi partiya təşkilatında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, TƏBİB-in Tibbi fəailiyyətinin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi PHŞ-nin direktoru Əsədulla Sultanov, Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi PHŞ-nin direktoru Əsədulla Sultanov bütün qonaqları salamlayaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü hər il ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılmasını, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsini vurğuladı. Bir sözlə, səhiyyənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən islahatlardan danışdı.
TƏBİB-in Tibbi fəailiyyətinin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında qeyd etdi ki, tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür və yeni imkanlar yaradılır. O, eyni zamanda TƏBİB-in fəaliyyətinə toxunaraq, həkim həmkarlarına işlərində müvəffəqiyyətlər arzuladılar.
Tədbirdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən səhiyyə siyasətinin əhəmiyyətli nəticələrindən danışdı. Bütün sahələrdə müşahidə olunan nailiyyətlərin səhiyyə sahəsindən də yan keçmədiyini vurğuladı. Ölkə səhiyyəsinin artan imkanlarının daha da genişləndirilməsi məqsədilə davamlı və sistemli dövlət proqramlarının icra olunduğunu bildirdi. Hətta pandemiya ilə mübarizə şəraitində ölkə səhiyyəsinin potensialının və peşəkarlığının nümunə olduğunu diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyasının üzvlüyündə səhiyyə işçilərinin fəal təmsilçiliyindən bəhs edərək, bütün tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik etdi. Onlara bu məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzuladı.
Tədbirin yekununda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə Təşəkkürnamə və hədiyyələr təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə