Yenə də Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır TƏHLİL
Respondentlərin 76,9 faizi Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Sorğunun keçirilməsində məqsəd Azərbaycan Prezidentinin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı dövlətimizin başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına qayğısı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib. Eyni zamanda, STM-in Prezidentin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğusunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiqidir. Bir sözlə, yenə də Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalır.Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimi olub:Prezidentin müxtəlif istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3 faiz çox yaxşı, 10,5 faiz əsasən yaxşı), 2) xarici siyasət (84,8 faiz çox yaxşı, 13,8 faiz əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1 faiz çox yaxşı, 14,5 faiz əsasən yaxşı) qərarlaşıb. Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8 faizi tərəfindən çox yaxşı, 28,5 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QAZİLƏRƏ QAYĞI GÖSTƏRMƏK VƏTƏNDAŞLIQ BORCUMUZDUR
Göründüyü kimi, sorğunun nəticələri bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.Dövlət başçısı görüşlərində, çıxışlarında, müsahibələrində mütəmadi olaraq bildirir ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq".Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən ay Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı da dövlətin şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edəcəyini deyib: "Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək".Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər.
Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də bütün dövlət qurumlarına bir daha tapşırıq verərək bildirdi ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın: «Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur".Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Və bu gün bu istiqamətdə ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biri olan şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin, o cümlədən mənzillə təminatı proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən ildən-ilə genişlənir. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq.
Beləliklə, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksidir. Keçirilən rəy sorğusu Prezidentin demək olar ki, bütün fəaliyyət sahələrini əhatə etmişdir. Buna görə də əslində sözügedən sorğunun nəticələrini Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursuna yüksək etimadı kimi də qiymətləndirmək olar. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz Prezidentin düşünülmüş siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur. Təbii ki, bu amillər dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirməyə səbəb olmuşdur.Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunur, daim milli maraqlara söykənir.Görünən odur ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sözsüz ki, bu etimadın əsasında dövlət başçısının xalqın milli maraqlarına cavab verən siyasi kursa inam indeksidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB