"Bu hər iki dövlətin maraqlarına xidmət edən bir məsələdir" - DEPUTAT AÇIQLADI

"Bu hər iki dövlətin maraqlarına xidmət edən bir məsələdir" - DEPUTAT AÇIQLADI

“Qısa zamanda Azərbaycana ABŞ Administrasiyasının 2 yüksək rütbəli şəxsi səfər etdi. Bundan əvvəl də Azərbaycan-ABŞ münasibətlərində həmişə bir-birinə maraq, birgə fəaliyyət yollarının axtarılması istiqamətində danışıqlar aparılmışdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bu gün biz birmənalı şəkildə deyə bilərik ki, ABŞ və Azərbaycan bir-birinə bağlı olan ölkələrdir: "Bir çox məsələlərdə birgə mövqeyimiz var. Biz region və dünya məsələlərində birgə işləyə bilirik. Bu gün Azərbaycan regionda lider dövlətdir. Azərbaycan tək Cənubi Qafqazın 3 ölkəsini birləşdirmir, böyük bir ərazini əhatə edən regional layihələrin təşkilatçısıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Bu baxımdan Azərbaycan region sərhəddindən çıxaraq beynəlxalq siyasətin aktiv iştirakçılarından birinə çevrilib. Bu baxımdan dünyanın aparıcı dövlətlərindən biri kimi ABŞ-ın Azərbaycanla olan münasibətlərdə böyük marağı var. ABŞ prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü ilə bağlı göndərdiyi təbrik məktubunda Azərbaycan ABŞ münasibətlərinə çox böyük qiymət verilib. Hesab edirəm ki, bu hər iki dövlətin maraqlarına xidmət edən bir məsələdir. Bundan sonra da bu iki dövlət birgə əməkdaşlıq etməkdə haqlıdırlar və bu maraqlarını həmişə ortaya qoyurlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə