Gültəkin Hacıbəyli hikkəsindən Azərbaycanı təhqir edərək “zombieland” adlandırdı ŞƏRH
Azərbaycanın hər uğuruna kölgə salmağa çalışan, ölkədə keçirilən istənilən beynəlxalq əhəmiyyətli yarışlara qarşı gözdənsalma kampaniyası aparan radikal müxalifət "Formula -1" yarışları ilə də bağlı qara piar aparmaq cəhdlərindən əl çəkmədilər. Özünü müxalifət adlandıran radikal kəsimin hərəkətləri, yarışların keçirilməsinə qərəzli münasibətləri əminliklə deməyə əsas verir ki, bu adamlar Azərbaycanın hər uğuruna qısqanır, düşməndən fərqli olmayan yanaşma sərgiləyirlər. İstənilən beynəlxalq yarış, lap deyək ki, sıradan bir tədbir keçirilərkən belə, hərəkət istiqamətinin dəyişdirilməsi, adi günlərdən fərqli qrafkin tətbiqi kimi müəyyən məhdudlaşdırıcı tədbirlər görülür. Bu hal bir Azərbaycana aid edilə bilməz. Bütün dünyada bu belədir. Demək istədiyim odur ki, müvəqqəti narahatlıq hər bir tədbir zamanı istənilən ölkədə yaşanır və bu, təbii haldır.
Dağıdıcı müxalifətin hər cəhdlə gözdənsalma kampaniyası aparmağa çalışdığı "Formula -1" yarışlarının Bakıda keçirilməsi isə ölkəmiz üçün böyük uğurdur. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi və infrastruktur baxımından inkişafının göstəricisidr. Əks halda, "Formula-1" Azərbaycanda keçirilməzdi. Bu yarışların Azərbaycanda keçirilməsi ölkəmizin təbliğatı və turizm sektorunun inkişafı üçün də mühüm əhəmiyyətə malikdir. Təbliğat demiş, builki "Formula- 1" Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunan kubok ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunmuşdu. Belə ki, yarışın rəsmi mükafatı Şuşa şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini özündə əks etdirir. Bəli, budur uğur, budur təbliğat! Budur, Azərbaycan həqiqətlərinin uğurlu təbliğatı! Ancaq nədənsə belə bir məqamda, məhz həmin kubokun təqdim olunduğu gün özünü xalq, ölkə, Vətən təəssübkeşi adlandıran Gültəkin Hacıbəyli "Formula-1"-in ölkəmizdə keçirilməsi ilə bağlı paylaşım edir və həmin paylaşımında Azərbaycanı təhqir edir. Təsəvvür edirsiniz? Vətəndaşı olduğu ölkəni, ölkənin adını təhqir etmək! İnsan nə dərəcədə mənəviyyatdan uzaq, cılız düşüncə sahibi olmalıdır ki, öz ölkəsini təhqir etsin?! Bəli, bu yaramaz hərəkəti Gültəkin Hacıbəyli edib. O utanmadan Azərbaycanı “zombieland” adlandırıb. Hesab edirəm ki, bu, ölkəsini sevən hər bir şəxs üçün təhqirdir və Gültəkin Hacıbəyli Azərbaycanı sevmədiyi üçün bu yaramaz əməlindən narahat olmur. Belə olan halda, indi kimsə bir nəfər çıxıb Gültəkin Hacıbəylinin ad və ya soyadında – “Kültəkin”, “Güllü təkər” “Hacıleyləkli” və sair formada kreativ bir dəyişiklik etsə necə, Gültəkin Hacıbəyli narahatlıq keçirib, özünü təhqir olunmuş hiss edər, yoxsa yox?!
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB