"Prezident daim şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır" - DEPUTAT AÇIQLADI
“Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim şəhid ailələrinə və qazilərə xüsusi qayğı və dəstək göstərilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu qayğı və dəstək bu gün də davam etdirilir: “Biz bunun hər zaman dəfələrlə şahidi olmuşuq. Dövlət başçısı öz çıxışlarında məmurlara həmişə xəbərdarlıq edir ki, bu gün bizim şəhid ailələri və qazilərimizin heç bir həll olunmamış problemləri qalmamalıdır. Onların sosial həyatlarının, yaşayış tərzlərinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bu gün onlara mənzillər verilir, onların övladları ödənişsiz şəkildə təhsil alır, qazilərimizə avtomobillər verilir, işlə təmin olunurlar.
Bildiyimiz kimi İkinci Qarabağ müharibəsində iştirak edən qazilərimizin müalicəsinə xüsusi diqqətlə yanaşılır. Müalicəsi Azərbaycanda mümkün olmayan xəstələrin müalicəsi üçün Türkiyəyə aparılması və müalicə olunması üçün dövlət hər şeyi etdi. Düşünürəm ki, Prezident daim şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB