Ermənistan Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətindədir - MÖVQE

Ermənistan Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətindədir - MÖVQE

"İşğalçı Ermənistanda real vəziyyət yaxın günlərdə yaxşı nəticələr verməyəcəyinə, hətta yeni hakimiyyət dəyişikliyinə cəhdlərin olacağını deməyə əsas verir. Ermənistanda gərginlik getdikcə pik nöqtəsinə yaxınlaşmaqdadır. Ermənistanda nümayişçilərin planı, eyni zamanda Köçəryan və Sarkisyanın niyyəti Paşinyanı devirməkdən ibarətdir". Bu sözləri millət vəkili Elman Nəsirov "Səs" qəzetinə açıqlamasında deyib.

O, aksiyaları təşkil edənlərin 4 il öncə Paşinyanın tətbiq etdiyi taktikadan yararlandığını qeyd edib: "Küçələrdə hərəkətın qarşısının alınması, avtomobillərin hərəkətinə maneəçilik törədilməsi, mühüm dövlət obyektlərinə gediş gəlişin qarşısının alınması, onların bloka salınması və s. Demək olar ki, Paşinyana məxsus taktikadan istifadə edirlər. Eyni zamanda Paşinyan hakimiyyəti ilə Qarabağ separatçılarının rəhbərlik edənlər arasındakı münasibətlər də qəlizdir, bu səbəbdən də Qarabağdakı ermənilər də birbaşa və dolayısı yol ilə nümayişlər edirlər. Qarabağ planının əlaltıları kimi çıxış edirlər. Təbii ki, daha böyük sual onunla bağlıdır ki, kim kimə qalib gələcək? Paşinyan hakimiyyətdə qala biləcəkmi? Ona qarşı tətbiq edilən nümayişlərin taktikası nədir və bu prosesdə nümayişlər hansı xarici dəstək görür? Nümayişlər onu göstərir ki, Paşinyana qarşı etiraz dalğası mövcud olsa da belə, onu devirməsi imkanları kifayət qədər məhduddur. Paşinyanı biyabırçı məğlubiyyətə düçar olduqdan sonra belə devirməyi bacarmayan əleyhidarları indi bunu necə edə biləcəklər? Eyni zamanda burada başqa bir həqiqət də var ki, bu günləri erməni əhalisi, seçiciləri görürlər ki, üçüncü qüvvə hakimiyyətə gəlmək istəmir. 20 il ərzində mübarizə aparan qüvvələr yenidən hakimiyyətə gəlmək istəyirlər. Bu illər ərzində Ermənistanın bütün fəlakətlərinə səbəb olan siyasi qruplaşma "Qarabağ klanı" "bəlkə də qaytardılar" sevdası ilə yaşayır, yenidən hakimiyyətə iddialıdır. Erməni xalqı inandırıcı deyil ki, 20 il ərzində onları zülm altında saxlayan klanın yenidən hakimiyyətə gəlməsini təmin etsinlər. Bu günləri küçələrdə etiraz edənlər yəqin ki, müharibədən sonra Ermənistanda keçirilən parlament seçkilərində ona səs verməyənlərdir. Amma nəticədən asılı olmayaraq seçicilərin əksəriyyəti Paşnyana səs vermişdir. Onlar müharibəyə "yox", sülhə "hə" demişdilər. Belə olan vəziyyətdə Paşinyanı erməni müxalifətin devirmək imkanı çox aşağıdır, hətta mümkünsüz görünür. Amma təbii ki, müəyyən xarici dəstəklə onlar Paşinyan hakimiyyətini zəiflətmək istəyə bilərlər, tam devirmək inandırıcı deyil. Bu hadisələrin gedişatı onu göstərir ki, reallığın fonunda Paşinyan manevr edir, bir yandan Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul etdiyini bildirir. Eyni zamanda da parlamentdə çıxışı zamanı bir çox hallarda da, öz mövqeyini dəyişir və çalışır ki, daxili auditoriyanın xoşuna gələn ifadələr işlətsin. Guya ki, o heç bir halda Qarabağ məsələsində güzəştə getmir və Ermənistanın milli maraqlarını müdafiə edir. Eyni zamanda o elə addımlar atır ki, həmin addımlar da dediyi bəyanatlarla tamamilə ziddiyyət təşkil edir. Ona görə də hesab etmək olar ki, Ermənistanda nümayişlərin bütün cəhətləri nəticə vermək cəhdi zəifdir. Lakin Ermənistanda onların sonuncu necə deyərlər gülləni atmaq istəyirlər. Bu onların son şansdır və şansından istifadə etmək istəyirlər. Erməni xalqı indi dərk edir ki, Ermənistanın gələcək nicatı əməkdaşlıqdan keçir. Azərbaycanla əməkdaşlıq olmadan, Türkiyə ilə əməkdaşlıq mühüti formalaşmadan Ermənistanın heç bir gələcəyi yoxdur. Çünki blokada götürlməyəcək. Ermənistan hansı iqtisadi potensialnan, hansı ordu ilə Azərbaycana yenidən müharibəyə girişə bilər. Bu qeyri mümkündür və qeyri realdır. Bütün bu manipulyasiyalar baxmayaraq Paşinyan hakimiyyəti istəsə də, istəməsə də əməkdaşlığa getmək məcburiyyətindədir. Və hesab edirəm ki, 22 may tarixində Brüsseldə baş vermiş razılaşmalar məhz eyni nəticələrdən qaynaqlanır. Və artıq Azərbaycan Ermənistan sərhədlərin müəyyən edilməsi ilə bağlı iclas keçirilib. İkinci görüşün Moskvada, növbəti görüşün Brüsseldə keçirilməsi planlaşdırılıb. Yəni artıq addımlar atılmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə