“İnsan Hüquqları Aylığı” çərçivəsində ictimai müzakirə keçirilib - YENİLƏNİB - FOTOLAR

“İnsan Hüquqları Aylığı” çərçivəsində ictimai müzakirə keçirilib - YENİLƏNİB - FOTOLAR

18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində iyun ayının 10-da Ədliyyə Nazirliyi tərəfindən Ombudsman Aparatı ilə birgə “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil, Milli Məclisin komitəsi sədri, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbər şəxsləri, hakimlər, qeydiyyat şöbələrinin rəisləri, nazirlik yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak edirlər.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açılış nitqi ilə çıxış edirlər.

Sonra tədbir “İnsan hüquq və azadlıqlarının qorunmasında ailə seqmenti” və “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı panel sessiyalarla davam edir.

Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın moderatorluğu ilə keçən birinci paneldə ailə institutunun qorunmasında ədliyyə xidmətlərinin rolu, ailə münasibətlərində hüquq bərabərliyinin təmin olunması, psixoloq dəstəyi, ailə mübahisələri üzrə məhkəmə təcrübəsi mövzularında çıxışlar edilir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının moderatorluğu ilə keçirilən “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı ikinci paneldə Ailə mübahisələrinin məhkəmədən kənar həlli, bu sahədə icra işlərinin xüsusiyyətləri, nikah pozulmasının qeydiyyatı və mediasiya mövzular üzrə çıxışlar edilir. Daha sonra isə tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə