"ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir" - POLİTOLOQ BİLDİRDİ
“Bu gün Azərbaycan və ABŞ münasibətləri kifayət qədər yüksək vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, son bir il ərzində ABŞ Prezidenti Cozef Bayden tərəfindən dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, hər bir ünvanlanan təbrik məktubunda Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı siyasi, iqtisadi və bir çox sahələrdə olan əlaqələrin inkişaf etməsindən məmnunluq ifadə edilib: “ABŞ-ın dövlət katibi də tez-tez Azərabaycan rəhbərliyi ilə danışıqlar aparır. Mən düşünürəm ki, bütövlükdə Avropa İttifaqı Şurasının bizim bölgəyə xüsusən Azərbaycana olan diqqətinin daha da artmağı¸ Rusiya-Ukrayna müharibəsində sonra Qərbin alternativ enerji bazarlarına olan marağı və s. digər hadisələr fonunda Azərbaycanın ABŞ-la Avropa İttifaqının siyasi diqqət mərkəzində qalmaq perspektivi davamlı xarakter alır. Həmçinin Azərbaycan və ABŞ bir çox platformalarda da əməkdaşlığını davam etdirir. Daha əvvəldə ölkəmiz Əfqanıstandankı NATO sülhməramlıları qismində kifayət qədər əməkdaşlıq potensialını ortaya qoymuşdu.
Ümid edirəm ki, bundan sonra Qarabağın abadlığı və yenidənqurma işlərində Amerika Birləşmiş Ştatlarından olan şirkətlərdə öz maraqlarını ehtiva edəcəklər. Bütövlükdə ABŞ bizim regionda tək bir gücün geostrateji mövqeylərini gücləndirməyə göz yummayacaq. Ümumilikdə ABŞ dövlət departamentinin son illərdə Azərbaycana qarşı qərəzli və uydurma məlumatları yaymağına baxmayaraq sonuncu olaraq ermənilərin Azərbaycanın dini abidlərinə qarşı törətdiklləri vandalığı öz hesabatlarına daxil etməsi də yüksələn və inkişaf edən ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəsini bir daha nümayiş etdirmiş olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB