Bu, İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verilən böyük dəyərdir - DEPUTAT ŞƏRH ETDİ

Bu, İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verilən böyük dəyərdir - DEPUTAT ŞƏRH ETDİ

"ABŞ Prezidentinin Azərbaycan Prezidentinı ünvanladığı məktubu Cozef Baydenin İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətə, ölkədə aparılan islahatlara verdiyi yüksək qiymət kimi də dəyərləndirmək olar. Azərbaycan Prezidentinin 44 günlük müharibədən sonra regionda yürütdüyü sülh siyasəti, Ermənistanla sərhədlərin delimitasiyası prosesində atdığı addımlar təkcə region ölkələri deyil, dünyanın aparıcı dövlət və beynəlxalq təşkilarları tərəfindən də alqışlanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Amerika Birləşmiş Ştatlarla Azərbaycan 30 illik diplomatik münasibətlər dövründə enerji təhlükəsizliyi, ikitərəfli ticarət və sərmayələr məsələlərində güclü tərəfdaş ölkələr kimi çıxış ediblər: "Co Baydenin məktubundan da görünür ki, Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə sadiq tərəfdaş, dost bilir və bu münasibətlərin bundan sonra da davam etməsi üçün addımların davamlı olacağı vurğulanır. Əslində bu fikirlər bir həqiqətdir və Azərbaycanın regional təhlükəsizlik məsələlərində oynadığı rola qiymət verən rəsmi Vaşinqton Azərbaycanla münasibətlərin bundan sonra da davam edəcəyini bildirir. Azərbaycan ABŞ-ın müttəfiqi olan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqdadır. Nəzərə alsaq ki, Rusiya ilə Avropa İttifaqı arasında Ukrayna ərazisində apardığı müharibə səbəbindən neft-qaz tədarükündə problemlər yaranıb, Azərbaycanın imkanları, Avropanın enerji təhlükəsizliyindəki rolu bir az da aktuallaşıb. Baydenin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və humanitar yardımı da diqqətdən qaçırmamalıyıq. Çünki Azərbaycan bu günə kimi Ukraynaya böyük yardım edən azsaylı region ölkələrindən biridir. ABŞ Prezidentinin Azərbaycanın bu addımını yüksək qiymətləndirməsi bu istiqamətdə bəzi dairələrin fikirlərində korrektələri rəsmiləşdirdi. Belə həssas bir məsələdə həm Rusiya, həm də Qərbi narazı salmayacaq qədər məharətli siyasət yürütməkdə olan Azərbaycan Prezidenti İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha ortaya çıxardı. ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirəcəyi mesajını verməsi təbii ki, Vətənini sevən insanları Azərbaycanın qarşıda daha uğurlu inkişafa nail olacağı inamını yaradır. Bu, Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verilən böyük dəyərdir. Azərbaycan da öz növbəsində hər zaman ABŞ-la münasibətlərin qorunmasında maraqlı olub".

Bütün xəbərlər Facebook səhifəmizdə