"Azərbaycan müstəqil və güclü ola bilməsi üçün uzun və şərəfli bir yol keçib" - SİYASİ EKSPERT AÇIQLADI

“Əsrin əvvəlində qazanılan müstəqilliyimizin bəhrəsini belə demək mümkünsə Azərbaycan xalqı bu gün yaşayır. Çünki əsrin əvvəlində bunu heç bir respublikalara yaşatmağa imkan vermədilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.


Onun sözlərinə görə, baxmayaraq ki, o dövrdəki ziyalılarımız bu müstəqilliyin əbədi olması üçün əlindən gələni etdilər: “Tarix dəyişməyib, o zamanlar da erməni daşnakları Azərbaycanı parçalamaq üçün əllərindən gələni edirdilər, o dövrdə müstəqilliyimizə müdaxilələr həddindən artıq çox idi, ziyalılarımız həm ərazilərimizi qorumağa çalışırdı, həm də yeni bir dövlət qururdular, əsrin sonunda da bu proses təkrarlandı. Yalnız indi, 21-ci yüzillikdə Azərbaycan sözün əsl mənasında öz müstəqilliyini və ərazi bütövlüyünü bərqərar edə bildi, erməni işğalçılarını torpaqlarından qova bildi. Azərbaycan müstəqil və güclü ola bilməsi üçün uzun və şərəfli bir yol keçdi, bu yolda minlərlə şəhid verdi. Bu gün biz tam fəxrlə deyə bilərik ki, Azərbaycan müstəqil bir dövlətdir və öz müqəddəratını özü həll edir. Bu günkü müstəqilliyimiz 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının əsasının qoyulması ilə başlandı. Dalğalanan bayrağımız, himnimiz və dövlət atributlarımızın əsası qoyulan müstəqil Azərbaycan ideyası və dəyərləri bu gün də yaşayır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə