"Prezidentin hər bir səfərinin arxasında güclü Azərbaycan dayanır" - DEPUTAT AÇIQLADI

"Bildiyimiz kimi dünən Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonuna səfər ediblər. Düşünürəm ki, böyük qələbəmizdən sonra Prezidentin Qarabağa ard-arda səfər etməsi həmin bölgələrin daha da sürətlə inkişafını stimullaşdıracaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, biz artıq bütöv bir Azərbaycan olaraq gələcəyimizi qururuq: "Bu inkişafda hər bir azərbaycanlının payı olacaq. Bu səfərin siyasi mahiyyəti böyükdür. Prezidentin hər bir səfərinin arxasında güclü Azərbaycan dayanır. Bu layihələrin hər biri uzun illərə hesablanmış layihələrdir. Bu layihələr böyük infrastruktur, regional layihələrdir. Bu layihələrin həyata keçməsində xarici şirkətlər iştirak edirlər. Bütün bunlar Qarabağın gələcəyindən, Azərbaycanın inkişafından xəbər verir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...