Xankəndidə fikir haçalığı: separatçılar hansı nəticə çıxaracaqlarını bilmirlər SİYASİ RAKURS+ÖZƏL

Xankəndidə fikir haçalığı: separatçılar hansı nəticə çıxaracaqlarını bilmirlər SİYASİ RAKURS+ÖZƏL

Yeganə yol qısa zamanda Azərbaycanın yuruduksiyası altına keçmək, yaxud ərazilərimizi tərk etməkdir!

2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmasından və bu üsulla Ermənistanın Azərbaycan qarşısında kapitulyasiyaya uğramasını rəsmi şəkildə təsdiq edən sənədin üzərindən 1 il 6 aydan çox müddət keçir. Lakin görünən budur ki, Azərbaycandan fərqli olaraq Ermənistan istər bu bəyanatda, istərsə də sonrakı görüşlərdə əldə edilmiş razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikrində deyil. Günü-gündən isə həmin reallıq özünü daha çox qabarıq mənzərədə əks etdirməkdədir.

Hazırkı dövrə qədər müxtəlif platformalarda keçirilən görüşlər və erməni tərəfinin verdiyi vədlər məsuliyyətsizliklərlə müşahidə olunmaqdadır

Məhz 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin və xalqının erməni işğalçıları üzərində qazandığı zəfərindən sonrakı ötən müddətdə məhz erməni tərəfinin davranışları regionda birdəfəlik sülhün bərqərar olmasına ciddi maneələr törətməyə davam edir. Xüsusilə, Xankəndidə erməni ordusunun qalıqları, eləcə də silahlı separatçılar qalmaqdadırlar və bütün bunlar söz yox ki, Azərbaycan xalqının və dövlətinin səbrini tükəndirir. Hazırkı dövrə qədər müxtəlif platformalarda keçirilən görüşlər və erməni tərəfinin verdiyi vədlər isə sadəcə məsuliyyətsizliklərlə müşahidə olunmaqdadır.

Bu arada, Xankəndidə qalan separatçı tör-töküntüləri arasında da fikir haçalıqları yaşanmaqdadır. Belə ki, onların bir hissəsi Qarabağ ərazisini tərk etməyə çağırır, digərləri isə görünür 44 günlük müharibə zamanı burunlarının necə ovulduğunu unudaraq hələ də güclü Azərbaycana tərəf “buynuz” atmağa cəhdlər göstərirlər.

Separatçı “deputat” Metakse Akopyan: “Nəyə isə etməyə cəhd göstərmək belə mənasızdır, bizim hər birimiz Ermənistana geri dönməli olacağıq”

Misal üçün, qondarma qurumun saxta parlamentindəki “ədalət” adlı “fraksiyada” təmsil olunan “deputat” Metakse Akopyan Ermənistan KİV-lərinə müsahibəsində İrəvanın Qarabağ rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Erməni siyasətçisinin sözlərinə görə, erməni tərəfi Azərbaycan tərəfindən irəli sürülən beş bəndlik təklifə cavab verdikdən sonra (burada ermənilərin saxtakarlığa hesablanmış 6 bəndləri nəzərdə tutulur-R.R.) Xankəndidən səsli-küylü məlumatları gözləmək olar. Onun sözlərinə görə, oradakı “nazirlər”, “deputatlar” təcili sürətdə Xankəndini boşaltmağa başlayacaqlar.

Onun digər sözlərinə görə, erməni xalqı üçün görünən budur ki, İrəvan Azərbaycanın 5 təklifi ilə bağlı ictimaiyyətə özünün 6 bəndlik “absurd yanaşmasını” təqdim edib. “İndi nəyə isə etməyə cəhd göstərmək belə mənasızdır. Bu bəndlərdə “dqr”in xeyrinə olacaq hər hansı səmərə ilə bağlı heç nə görmədim. Ümumiyyətlə, bizə eyham vurdular ki, bütün bunlar (yəni bəndlər-R.R.) olmayacaq. İrəvan rəsmi şəkildə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu isə o deməkdir ki, bizim hər birimiz Ermənistana geri dönməli olacağıq”, deyə separatçı “deputat” Metakse Akopyan bildirib.

David Babayanın sərsəm düşüncəsinə görə, Ermənistanla Azərbaycan arasındakı münasibətlər sən demə “artsaxın”, onun Azərbaycanın tərkib hissəsi kimi tanınması hesabına olmamalıymış...

Maraqlıdır ki, Metakse Akopyandan fərqli olaraq erməni separatçı-quldurlarının rəhbərlərindən olan David Babayan baş verənlərə rəğmən hələ də həyasız bəyanatlarını səsləndirir və müxtəlif iddialarla çıxışlar edir. Babayanın sözlərinə görə, onlar “təməlli sülhə gətirəcək” (???!!!-R.R.) dialoqa qarşı deyillər. Lakin həmin dialoq, yəni Ermənistanla Azərbaycan arasındakı münasibətlər sən demə “artsaxın”, onun Azərbaycanın tərkib hissəsi kimi tanınması hesabına olmamalıdır. Məhz bu cür həyasız fikirləri ilə növbəti dəfə gündəmə gələn David Babayan bir az da irəliyə gedərək bunun “qırmızı xətt” olduğunu deyib və hətta “dəhşətli nəticələrə” səbəb olacağını qeyd edib.

Azərbaycanın ərazilərini tərk etməsələr onda qarşılarında “Yaşma”nı və Azərbaycan SQ-nin digər bölmələrini görməli olacaqlar

Bəli, Babayan və sairləri öz axmaq düşüncəsinə qala bilər, amma həmin düşüncələrinin əslində onun özünə və özü kimi digər separatçı quldurlara hansı təsirləri göstərəcəyinin fərqinə vara bilmir. Əslində “dəhşətli nəticələrdən” dəm vurmaqla bizə tərəf “buynuz” atan bu mənfur separatçı qalığı digər tərəfdən dərk edir ki, əgər separatçılar Azərbaycanın ərazilərini tərk etməsələr onda qarşılarında “Yaşma”nı və Azərbaycan Silahlı Qüvvələrinin digər bölmələrini görməli olacaqlar. Və bu dəfə nə unitazları demontaj etməyə, nə də Qarabağın flora və faunasını məhv etməyə vaxt tapacaqlar.

Beləliklə, son seçim elə onların özlərinindir - ya doğru seçim edib Azərbaycanın qanunları əsasında normal həyatlarını sürməkdə davam edəcək, ya da...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə