Onların biri-birinə qardaşım deməsi dünya xalqları üçün nümunədir - İCRAÇI DİREKTOR DANIŞDI

Onların biri-birinə qardaşım deməsi dünya xalqları üçün nümunədir - İCRAÇI DİREKTOR DANIŞDI

“Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş idarəsi Ahmet Türkoz başda olmaqla türkləri təbrik edirəm. Əminəm ki, forumun bu günə təsadüf etməsi tarixi zərurətdir”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu”nda Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün həm də türklərin bayramıdır: “Son illər hər iki ölkənin həyatında atılan qəti addımlar, əməkdaşlığın inkişaf etməsi, prezidentlərimizin dövlətlərarası səviyyədə olduğu kimi qardaşlıq nümayiş etdirməsi alqışlanan addımdır”.

Aygün Əliyeva sözlərinə belə davam edib: “Onların biri-birinə qardaşım deməsi dünya xalqları üçün nümunədir. Bugünkü forumda masalar üzərində qoşa qoyulan bayraqlarımız, şəhidlərimizin, xalqlarımızın və ölkələrimizin qüdrətidir. Bu birliyi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə