Polisin vəzifəsi sanksiya olunmamış aksiyaların qarşısını almaqdır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə, sanksiya olunmamış aksiyaların keçirilməsinə qarşıyam". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi nurullayev deyib.

Onun sözlərinə görə, çünki bu cür aksiyalar keçiriləndə istər-istəməz polislə aksiyaçılar arasında qarşıdurma yaranır: "Polisin vəzifəsi sanksiya olunmamış aksiyaların qarşısını almaqdır. Bu aksiyaların siyasiləşdirilməsi cəmiyyətimizdə bir uçurum yaradır. Bu baxımdan hesab edirəm ki, bütün hallarda aksiyalar icazəli və sanksiyalı olsun. İcazəsiz keçirilən aksiyaların keçirilməsi sonradan bütün proseslərin üzərindən xətt çəkir və bir çox insanları siyasətdən çəkindirir. Düşünürəm ki, bütün problemlər masa arxasında həll olunsa daha yaxşı olar. İstənilən halda ən yaxşı yol müzakirədir. Sanksiya verilməmiş, icazəsiz keçirilən aksiyaların qarşısı təbii ki, polis tərəfindən alınacaq".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...