Putin növbəti dəfə Paşinyana öz xəbərdarlığını bildirdi - POLİTOLOQ ŞƏRH ETDİ

“Paşinyanın Putinlə görüşü ənənəvi formada keçirildi. Düşünürəm ki, Putin hələ də Nikol Paşinyan hakimiyyəti və siyasi elitasında təmsil olunan şəxslərin Qərbin imperialist əlaqələrindən ciddi şəkildə narahatlıq keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, dünənki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 20 illiyi ilə bağlı keçirilən tədbir də öz formal xarakterliyi ilə yadda qaldı: “Bütövlükdə KTMT nə Avrasiya məkanı, nə də dünyanın siyasi, hərbi mövcudluğu baxımından eləcə də əhəmiyyətli bir struktur və təşkilat deyil. Özəlliklə Nikol Paşinyanın Qərb və Avropa İttifaqı Şurası, Azərbaycanla əlaqələri normallaşdırmaqla bağlı daimi əməkdaşlıq etməsi Rusiyanı ciddi şəkildə narahat edir. Yəqin ki, Vladimir Putin növbəti dəfə Nikol Paşinyana öz xəbərdarlıqlarnı bildirib.

Düşünürəm ki, Paşinyanın Putinlə görüşü müstəsna heçnə ilə yadda qalmadı. Ümumilikdə isə Paşinyan Putin görüşünün xüsusilə Cənubi Qafqaz münasibətlərini normallaşdırmaq kontekstində bizim üçün elə də ciddi əhəmiyyəti yoxdur. Putinin Paşinyanla görüşündə əsas məsələ Ermənistan daxilində Rusiya ilə bağlı verilən siyasi qərarların əsas olduğunu düşünürəm. Ermənistanın gələcəkdə Rusiya ilə bağlı atdığı addımlar Putinin Paşinyana təzyiqləri fonunda maraqla izlənəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə