Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar 10 may 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin Xocavənd rayon İcra Hakimiyyəti inzibati binası önündəki abidəsi səhər saatlarında YAP Xocavənd rayon təşkilatının sədri və əməkdaşları, Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən ziyarət edilib. SİA-nın verdiyi məlumata görə, Ulu Öndərin abidəsinin ziyarəti gün ərzində davam etmiş, ziyarətdə idarə müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümummilli Liderin büstü ziyarət olunduqdan sonra rayon Mədəniyyət evində tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin və mədəniyyət işçilərinin Ümummilli Liderə, Şuşa ilinə və möhtəşəm Zəfərə həsr olunmuş əl işləri, fotolar və rəsmlərdən ibarət sərgiyə tamaşa ediblər.
Tədbir Rayon Musiqi məktəbinin və Mədəniyyət evinin hazırladığı "Sən elə bir zirvəsən!" adlı konsert proqramı ilə davam edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən musiqi tədbirində bəstəkar və xalq mahnıları ifa olunub, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə