Bu, diasporumuzun böyük addımlar atmasına mühüm töhfələr verəcək - DEPUTAT AÇIQLADI

Bu, diasporumuzun böyük addımlar atmasına mühüm töhfələr verəcək - DEPUTAT AÇIQLADI

“Dünya Azərbaycanlılarının V Qurultayı 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə tarixi torpağımız olan Şuşada keçirilməsi böyük tarixi əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.


Onun sözlərinə görə, zəfərimizin bir simvolu olan Şuşada baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı şübhəsiz ki, dünyadakı bütün azərbaycanlılarının tarixində və qəlbində elə bir silinməz iz buraxmışdı ki, bundan sonra da bu bütün nəsillər boyu xatırlanacaq: “Bu baxımdan Şuşanın Azərbaycan üçün çox böyük tarixi, mənəvi, siyasi cəhətdən dərin bir əhəmiyyəti var. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında dünyaya çatdırmış mesaj da bu baxımdan xüsusi önəmə malikdir.

Cənab Prezidentin çıxışı zamanı söylədiyi hər bir söz hər kəs üçün yol xəritəsidir. Dövlət başçısının çıxışına diqqət yetirəndə bir daha hər bir azərbaycanlı əmin olur ki, Azərbaycan dövləti və dünya azərbaycanlıları özlərini əmin əllərə etibar edib. Əminəm ki, V Qurultay dünya azərbaycanlılarının yaddaşında torpaqlarımız işğaldan azad edildikdən sonra keçirilən ilk qurultay kimi qalması ilə yanaşı həmçinin diasporumuzun yenidən dirçəliş istiqamətində də böyük addımlar atmasına mühüm töhfələr verəcək”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə