Yeni Qaydalar “SƏS"in redaksiyasında müzakirə edilərək təsdiq olundu - FOTOLAR
Bu gün “SƏS” qəzetinin redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyyələrinə uyğun olaraq "Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr davam edib. SİA xəbər verir ki, müzakirələrdə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək kollektivin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün "Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlayıb təqdim ediblər. Müzakirə edilən sənədin Redaksiya heyəti tərəfindən müzakirə edilərək təsdiq edilməsi müsbət haldır və ümumi işin inkişafına xidmət edir.
Qeyd edilib ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır.
"Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.
Sonra SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev və kollektivin əməkdaşları "Qaydalar"la bağlı öz fikirlərini bölüşüblər. Səsələndirilən təkliflər nəzərə alınaraq “Xəbər və şərh” bölümünə “Jurnalist materialında müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər”, “Jurnalistin təqdim etdiyi materiala görə redaksiya məsuliyyət daşımır” bəndləri “Xəbər mənbələri ilə iş” prinsiplərinə isə “Müsahibə və araşdırmada jurnalist sübut və dəlillərini ehtiyac olduğu təqdirdə redaksiyaya təqdim etməlidir” bölümləri əlavə edilərək təsdiq olunub.
Kollektivin iştirakı ilə qərara alınıb ki, sənəd gün ərzində Səs İnformasiya Agentliyində və "SƏS" qəzetinin saytında xüsusi bölməd yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB