Ermənistan qonşu dövlətlərlə dinc yaşamaq istəyirsə,... - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Ermənistan ilə sülh müqaviləsinə hazırdır. Belə bir vəziyyətdə erməni diversantlarının Azərbaycan sərhəddini pozması qarşı tərəfin niyyətində heç də səmimi olmamasından xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.
Onun sözlərinə görə, Ermənistan qonşu dövlətlərlə dinc və birgə yaşamaq istəyirsə, qonşu dövlətlərin ərazi bütövlüyünə, sərhədlərinə hörmət etməlidir: "Əgər, hörmət etmirsə, bu qaydalara əməl etmirsə, təbii ki, regionda sülh olmayacaq. Belə olduqda bütün region ölkələri bundan əziyyət çəkəcək.
Bu gün Azərbaycan özünün həm enerji ehtiyatlarını dünya bazarına çıxara bilir. Günü-gündən Azərbaycanın önəmi artmaqdadır. Bu gün sülhün olması, kommunikasiyaların açılması və dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi regionda ən çox Ermənistana lazımdır. Ermənistan bağlı bir izolyasiya vəziyyətindədir. Əgər, Ermənistan kommunikasiyaların açılmasını, münasibətlərin normallaşmasını istəyirsə, qonşu dövlətlərinin ərazi bütövlüyünə hörmət etməlidir. Sülh müqaviləsinin gecikməsi Ermənistanın iqtisadiyyatına ciddi zərər verə bilər. Bu səbəbdən ilk növbədə Ermənistan qonşularına hörmətlə yanaşmalı, təxribatlara yol verməməlidir”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB