Şuşada keçirilən qurultaydan ermənilər niyə narahatdır? - MÜSAHİBƏ
Politoloq Samir Hümbətovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirilib. Bu qurultayın Şuşada keçirilməsinin əhəmiyyəti nədir?
- Dünya Azərbaycanlılarının V Qurultayının digər qurultaylardan bir neçə fərqli cəhəti var. Artıq 30 il ərzində işğal altında olan ərazilərimiz azad edildi və həmin ərazilərdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Qurultayı təşkil edilib. Yəni bundan əvvəlki qurultayların bu qurultaydan fərqi ondan ibarət idi ki, həmin qurultaylar Bakıda keçirilirdi və torpaqlarımız işğaldan azad edilməmişdi. Amma indiki qurultay dünya azərbaycanlılarının məhz işğaldan azad edilmiş Şuşa şəhərində, eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində təşkil olunub. Bu əslində həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır. Mesaj ondan ibarətdir ki, 30 il keçsə belə biz öz torpaqlarımızı işğaldan azad etməyə, onu qorumağa qadirik. Eyni zamanda təkcə Azərbaycanda deyil Azərbaycandan kənarda yaşayan dünya azərbaycanlıları da ən az Azərbaycanda yaşayan vətəndaşlarımız kimi torpaqlarımızın işğaldan azad edilməsinə sevinirlər. Hesab edirəm ki, bu davamlı xarakterdə olacaq və ola bilər ki, növbəti illlərdə də mütamadi şəkildə keçirilsin.
Ölkə başçısı Qurultayda qeyd edib ki, ATƏT-in Minsk qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Bu fikirlərdə nə demək istəyirdiniz?
- ATƏT-in Minks qrupunun yaradılması1992, 1993-cü illərdə nəzərdə tutulmuşdur. Onun fəaliyyəti tərəflər arasında sülh müqaviləsinin imzalanmasına və yekun sülh müqaviləsinin imzalanmasına yönəlik idi. Zaman-zaman onun tərkibi dəyişib. Amma 1997-ci dəyişikliyindən sonra Rusiya, Fransa, ABŞ Minsk qrupunun həmsədrlik fəaliyyətini üzərinə götürüblər. Bu dövrdən başlayaraq da Qarabağ məsələsinin həll olunması ləngidildi. Faktiki olaraq Minsk qrupunun fəaliyyəti boş bəyanatlar verməkdən ibarət idi. Qarabağın udulmasını gözləyirdilər, bu yolla da torpaqlarımızı ermənilərə verməyi planlayırdılar. Düşünürəm ki, bu məqsədlə hərəkət edirdilər. Amma Azərbaycanın səbrinin son həddi var idi. ATƏT-in Minsk qrupunun və BMT-nin qəbul etdiyi qətnamələri Azərbaycan öz gücü ilə yerinə yetirdi və torpaqlarını işğaldan azad etdi.
Ölkə başçısı qeyd edib ki, müharibə başa çatsa da, ərazi iddiaları hələki başa çatmayıb. Bu ifadənin mənası nədir?
- Əslində burda iki mesaj verilir. Biri Ermənistana, digəri isə Ermənistana dəstək verən qüvvələrədir. Bu mesaj Fransadakı, ABŞ-dakı bəzi dairələrə aiddir. Erməni lobbisinin güclü olduğu ölkələrə verilən bir mesajdır. 6 aprel əldə edilən Brüssel razılığından sonra İran tərəfi bildirib ki, qonşu dövlətlərin xəritələtin dəyişdirilməsinə imkan verməyəcəyik. Burada anlaşılmazlıq yaranı ki, qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməsinin sənə nə aidiyyatı var? Qeyd edək ki, sərhədlər dəyişmir, sadəcə bir dəhliz açılır. Bundan əlavə Zəngəzur dəhlizinin açılmasının heç bir dövlətə aidiyyatı yoxdur. Bu hər iki dövlətin razılığı ilə həyata keçirilir.
Şuşada keçirilən qurultaydan sonra Ermənistan qıcıqlanıb təxribat törədə bilərmi?
- Ermənistan nə zaman təxribatdan əl çəkib ki? Bundan əvvəl də edib, bundan sonra da edəcək. Hətta düşünürəm ki, sülh müqaviləsi imzalansa belə yenə də erməlilərin təxribat törətməsi gözləniləndir. Amma bunun qarşısını necə alcağımız hazırlanacaq olan mexanizmdən asılıdır. Atəşkəsin pozulmağının bir neçə səbəbi var. Paşinyanın Brüssel və ondan sonrakı görüşlərdə verdiyi açıqlamalar onu göstərdi ki, Paşinyan təkcə Azərbaycanla danışıqlar məsələsini düşünmür, həm də erməni cəmiyyətini düşünür. Cəmiyyətə danışıqların necə getdiyini açıqlayacağını düşünür. Çünki cəmiyyətin içində "Qarabağ" klanının numayəndələri, revanşistlər, terroristlər var.
Bildiyiniz kimi ermənilərin dedikləri ilə əməlləri üst-üstə düşmür. Bəs onlar nə zaman əməllərindən əl çəkəcək?
- Onlar heç zaman bundan əl çəkməyəcək. Biz sadəcə olaraq dövlət maraqlarımız nəyi tələb edirsə onu icra etməliyik. Bu diplomatik, siyasi yollarla ola bilər. Ola bilər ki, hərbi yolla olsun. Həmçinin lobbi qrupları ilə də ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB