Ermənilər hər il bu saxta tarixi qeyd etməklə diqqət çəkməyi düşünürlər - POLİTOLOQ AÇIQLADI

Ermənilər hər il bu saxta tarixi qeyd etməklə diqqət çəkməyi düşünürlər - POLİTOLOQ AÇIQLADI

"Ermənilərin hər il, davamlı şəkildə uydurma erməni soyqırımını qeyd etməsindəki səbəblərdən biri Türkiyə Cümhuriyyətini suçlamağa hüquqi əsas əldə etməkdən, ondan maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, onlar düşünür ki, hər il bu saxta tarixi qeyd etməklə dünyanın diqqətini daha çox özlərinə çəkə və məzlum xalq olaraq dünya birliyindən daha çox dəstək ala bilərlər: "Əslində isə fakt ondan ibarətdir ki, Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırlması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı imperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu da onların xarakterindən – xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək, onları Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar. Fransızlar erməniləri katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha çox pul verirdisə, ermənilər də həmin istiqamətə meyllənirdilər. Amerikalı missionerlər hələ XIX əsrin əvvəllərindən etibarən erməniləri protestant etmək üçün daha çox vəsait sərf edir, Anadolunun müxtəlif yerlərində məktəblər açırdılar. XIX əsrin sonlarından etibarən erməni gənclərinin Amerikada təhsil almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradılmışdı. Bir qədər sonra ABŞ-da antitürk kampaniyası ilə məşğul olan erməni koloniyası beləcə formalaşmışdı".

Politoloq həmçinin qeyd edib ki, erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri gərgin səy göstərirdilər: "Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər. Şərqi Anadoluya silahlar əsasən gizli yollarla Rusiyadan göndərilirdi. Alman, ingilis və fransız missiyaları bölgədə daha aktiv şəkildə erməniləri Türkiyə əleyhinə təşviq edirdilər.

XIX əsrin 90-cı illərində ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə əksini yazır, hər yerdə “məzlum xristian ermənilərin” kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.

Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Yəni başqa sözlə, əslində fakt ondan ibarətdir ki, soyqırıma məruz qalan ermənilər deyil, əksinə istər Şərqi Anadolunun ruslar tərəfindən işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər tərəfindən qətlə yetirilən türklər olmuşdur.

Bütün bunlardan sonra ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi.

Ermənilərin bu xislətdən nə vaxt əl çəkəcəyi ilə bağlı sualınıza gəldikdə isə qeyd etməliyəm ki, onlar bu xislətdən heç vaxt əl çəkməyəcəklər. Bunun üçün ermənilərin ilk növbədə türk düşmənçiliyinə son qoyması lazımdır. Digər bir tərəfdən isə zaman keçsə də situasiya dəyişməyib. Başqa sözlə bu gün də Türkiyəni parçalayaraq zəif duruma düşməsini istəyən beynəlxaql güclər var və onlar yenə də ermənilərdən bir maşa olaraq istifadə edirlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə