Rusiyanın tətbiq etdiyi sanksiyalar qeyri-ciddidir - BEYNƏLXALQ EKSPERT DANIŞDI

Rusiyanın tətbiq etdiyi sanksiyalar qeyri-ciddidir - BEYNƏLXALQ EKSPERT DANIŞDI

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı tarixdə misli görünməmiş sanksiyalar paketi qəbul olundu. Demək olar ki, dünyanın əksər ölkələri işğalçı dövlət olan Rusiyaya qarşı birləşərək çox ciddi bir sanksiyalar kampaniyası həyata keçirdilər”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, bunun nəticəsi olaraq Rusiya planlaşdırılmayan və gözlənilməyən bir situasiya ilə üz-üzə qaldı: “Hazırda Rusiya dövləti Ukraynada planlaşdırığı hədəflər çata bilmir və çox ciddi şəkildə iqtisadi, siyasi problemlərlə rastlaşır. Demək olar ki, Rusiya cəmiyyəti artıq dövlətinin atdığı addımların yalnış olduğunu anlamağa başlayıb. Rusiya hakimiyyəti mövcud vəziyyətdə soyuqqanlı siyasət deyil, psixi gərginlik altına sanskiyalara cavab verməyə başlayıb. Bunun mənfi nəticələri davamlı xarakter almağa başlayacaq. Xüsusi ilə Rusiyanın indiki halda “Facebook”-un sahibinə və ABŞ-ın rəsmi nümayəndələrinə sanksiyaların tətbiq etməsi bütün dünya məhbuatında qeyri-ciddi yanaşılır. Təbii ki, bu addımların effektiv olmacağını Rusiya hakimiyyəti yaxşı bilir. Siyasi texnologiyada vacib şərtlərdən biri atılan addımların və qərarların effektivliyi məsələsidir. Cəmiyyət tərəfindən atılan addım o zaman məqbul hesab olunar ki, bu addımların nəticəsi yüksək olsun. Rusiyanın bu gün həyata keçirtdiyi sanksiyalar publik yanaşmadır. Ona görə hesab edirəm ki, bu addımlarla Rusiya daha çox zərbələr alacaq. Bu Rusiyanı idarə edən siyasi-hərbi elitanın son psixi vəziyyətinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə