Ölkə rəhbərinin tapşırıqları uğurla icra olunur – TƏHLİL

Ölkə rəhbərinin tapşırıqları uğurla icra olunur – TƏHLİL

Hadisələrin gedişi göstərir ki, postmüharibə dövründə qarşıya qoyulan bütün hədəflərə çatmaq bizə müyəssər olub və hətta icrası davam edən bir sıra layihələrin də uğurla başa çatacağına da əminlik kifayət qədərdir. Cənab Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bu barədə bir çox məsələləri diqqətə çatdırdı və göründüyü kimi, sözsüz ki, ölkəmizin öz hədəflərinə nail olması dövlət başçısının qarşıya qoyduğu tapşırıqların sistemli şəkildə və uğurla icrası nəticəsində reallaşıb.

Bilirik ki, yol infrastrukturunun qurulması digər sosial, iqtisadi layihələrin reallaşdırılmasına əsaslı zəmin yaradır və heç vaxt yolların olmadığı ərazilərdə, yerlərdə yalnız ötən il 700 kilometrə yaxın yol çəkilməsi, Azərbaycan-Ermənistan sərhədinə qədər yeni yolların inşa olunması uğurlu addımlar sırasındadır. Bu il istismara veriləcək yeni yol, Laçın şəhərindən yan keçən yeni alternativ yol da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir desək, yanılmarıq. Onu da nəzərə almaq lazmdır ki, çəkilən yollar arasında Füzuli-Hadrut və Qubadlı-Eyvazlı avtomobil yolu da var və bu yol da cari ildə, 2022-ci ildə istifadəyə veriləcək. Bərdə-Ağdam avtomobil yolunda işlərin çox sürətlə aparılması, Kəlbəcər-Laçın avtomobil yolu, inşa edilən təxminən 4 kilometrlik tunel, Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yolu, Cəbrayıl-Hadrut yolu, artıq açılan Zəfər yolu, Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları, ən vacib yollardan biri sayılan Toğana-Kəlbəcər avtomobil yolu avtomobil yolları arasında xüsusi əhəmiyyətə malikdir və görülən işlərin uğurlu nəticələri kimi xarakterizə edilir. Bütün bunlar ölkəmizin postmüharibə dövründə uğurlu addımlarından, xüsusən yol tikintisi, yolların salınması istiamətində qənaətbəxş nəticələr əldə etdiyindən və edəcəyindən xəbər verir.

Göründüyü kimi qısa müddət ərzində çox böyük işləri görülüb və bütün bunlar heç də təsadüfi deyil. Məsələ burasındadır ki, işlərin görülməsi üçün, layihələrin reallaşdırılması üçün ölkənin iqtisadi potensialı olmalıdır. Əgər bu potensial olmasa layhilər yalnız kağız üzərində qalar. Sözsüz ki, tapşırıqların uğurla icra olunması, layihələrin reallaşdırılması ölkəmizin iqtisadi gücə malik olduğunu isbatlayır. Xüsusilə müharibədən yenicə çıxmış bir ölkənin belə irimiqyaslı layihələri gerçəkləşdirməsi, özü də öz imkanları hesabına bütün bunları reallaşdırması daha diqqətə layiq bir məqamdır. Bu onun göstəricisidir ki, Azərbaycan sözün əsl mənasında güclü iqtisadi potensiala malikdir və bu hər bir vətəndaşı sevindirir. Həm də ona görə sevindirir ki, bizim hər birimiz yaxşı bilirik ki, sadalanan həmin o görülən işləri bölgənin, eləcə də ölkənin iqtisadi potensialını bundan sonra daha da gücləndirəcək. Görülən işlər sayəsində yük daşımalarının dəfələrlə asanlaşdırılmasına, xüsusilə turizm potensialının artacağına əsaslı zəmin yaradır ki, bu da nəticə etibarı ilə iqtisadi göstəricilərə əhəmiyyətli dərəcədə təsir edəcək, həmin göstəriciləri daha da artıracaq. Eyni zamanda sadalanan işlərin uğurla icra olunması, nəzərəçarpacaq nəticələrin ən qısa zamanda ortaya çıxması onu deməyə əsas verir ki, bölgədə, eləcə də ölkədə məşğulluq səviyyəsinin artdığı günün reallığıdır və bütün bunlar da vətəndaşların yaşayış şəraitinin, sosial rifahının artması deməkdir. İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və quruculuq işlərinin aparılması, əldə olunan real, uğurlu nəticələr təbii ki, yeni iş yerlərinin açılması anlamına gəlir və bu da nəticə etibarı ilə yüzlərlə Azərbaycan vətəndaşının işlə təmin olunmasına, sosial durumunun yaxşılaşdırılmasına, rufahının daha da yaşılaşdırılmasına imkan yaradır.

Sözsüz ki, ölkəmizdə gedən abadlıq-quruculuq işləri kənardan da izlənilir və xüsusən Ermənistan tərəfi bütün bunları yaxşıca müşahidə edir. İndi ermənilər daha diqqətlə bütün prosesləri izləyirlər və görürlər ki, müharibədən sonra da Azərbaycan öz irimiqyaslı layihələrinin, xüsusən loqistik layihələrinin icrasını davam etdirir. Onlar bununla başa düşürlər ki, baxmayaraq ki, Azərbaycan müharibədən yenicə çıxıb, hələ də kifayət qədər imkanları, qüdrəti var və bu qüdrəti Azərbaycanı daim qalib edəcək, uğurlu nəticələr əldə etməyimizə zəmin yaradacaq. Müharibənin acı nəticələri üzləşən, hələ də özlərinə gələ bilməyən, dünya dövlətlərindən iyanələr, yardımlar dilənən ermənilər Azərbaycanın öz imkanları, öz gücü, öz potensialı hesabına böyük işlər gördüyünü seyr edirlər. Onlar bilirlər ki, Zəngəzur üzərindən həm dəmir yolunun, həm də avtomobil magistralının salınması, İrən üzərindən yolun Naxçlvana çəkilməsi, oradan da dünya bazarına çıxarılması layihəsi hazırlanır, hansıki bu, beynəlxalq nəqliyyat dəhlizi deməkdir. Ölkə rəhbəri cənab İlham Əliyevin sözügedən müşavirədə Zəngəzur dəhlizindən danışması heç də təsadüfi deyildi. Azərbaycan Prezidenti əvvəla, layihənin iqtisadi əhəmiyyətini vurğuladı, digər tərəfdən də deyilənlər Ermənistan tərəfinə bir mesaj idi. Bu mesajla bildirildi ki, əgər Ermənistan Zəngəzur məsələsini gecikdirsə, yubadsa, buna məhəl qoymasa, beynəlxalq nəqliyyat dəhlizindən və onun gəlirlərindən məhrum olacaq və yenə də uzun illərdir düşdüyü blokada şəraitində qalacaq. Təsadüfi deyil ki, Ermənistan hakimiyyəti sözügedən dəhlizin açılmasında maraqlı olduğunu ifadə edir və hakim partiyadan olan deputat Viqen Xaçatryanın, hakim partiyanın digər bir deputatı Lena Nazaryanın fikirləri də bunu təsdiq edir və onlar açıq-aşkar ifadə edirlər ki, sabitlik hazırda çox çətin, hətta acınacaqlı vəziyyətdə olan Ermənistan üçün ən vacib məsələdir, hansıki bunu bütün ermənilərin başa düşmələrinə xüsusən indiki halda ciddi ehtiyacları var.

Xüsusən nəzərə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanın uğurları beynəlxalq müstəvidə də qəbul edilir. Bütün beynəlxalq təşkilatlar ölkəmizin post-müharibə dövründə beynəlxalq əlaqələrinin də uğurla davam etdirilməsini müşahidə edirlər. Gördülər ki, müharibədən sonra Azərbaycan istər Türkiyə, istərsə də qonşu Rusiya ilə müttəfiqliyə dair sənədlər imzaladı və beynəlxaq aləmdə beynəlxalq hüqun norma və prinsplərinə sadiqdir. Məhz bu reallıqlarla beynəlxalq aləmin razılaşdığı da təkzib edilə bilməz. Sonuncu görüş, Brüssel görüşü təsdiq etdi ki, ölkəmizin əlaqələri artıq yeni müstəviyə daşınıb və bu müstəvidə Azərbaycan uğurlara imza atan qalib ölkə statusundadır. Xüsusən iki ölkə arasında əlaqələrin normallaşdırılması məqsədi ilə Azərbaycanın 5 prinspdən ibarət təklifinin Ermənistana qəbul etdirilməsi həm ölkəmizin siyasi müstəvidə qələbəsi, həm də beynəlxalq aləmdə uğuru demək idi. Məsələ burasındadır ki, bütün bunları Ermənistan barədə demək mümkün deyil və bunu nəinki beynəlxalq təşkilatlar, eləcə də bütün dünya ictimaiyyəti də görür və qəbul edir. Məhz bu barədə də ölkə rəhbərimiz cari ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədəki çıxışında toxundu və Ermənistan tərəfinə bir daha mesaj verdi ki, həmin ölkənin inkişafı qonşu ölkələrlə münasibətlərindən asılıdır və bununla cənab Prezidentimiz bir növ onlara yol göstərmiş oldu.

Ölkəmizin uğurları saydıqca bitən deyil və bu uğurlar siyahısına artıq mövcud olmayan Qarabağ məsələsinə biganə yanaşan, bu məsələnin uzanmasına rəvac verən, 30 ilə yaxın müddətdə heç bir iş görməyən Minsk Qrupu barədə beynəlxalq təşkilatların son real yanaşmasına nail olması da daxildir. Beləki, bu qrupun və onun formatının lazımsız, mənasız, nəticəsiz olduğu barədə ən başdan bəyan edən Azərbaycan tərəfi və bizim ölkə rəhbərimiz bir daha beynəlxalq aləmdə diplomatik qələbəyə imza atdı. Ümumiyyətlə, ölkəmizin uğurlarından danışarkən ilk növbədə onu nəzərdən qaçırmamalıyıq və etiraf etməliyik ki, bütün bunlar təsadüfi deyil və səbəb odur ki, ölkə rəhbərinin tapşırıqları uğurla icra olunur, hansıki bunu görməmək mümkün deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə