Diaspora komitələrinin fəaliyyəti hansı səviyyədədir? - MİLLƏT VƏKİLİ DANIŞDI

Diaspora komitələrinin fəaliyyəti hansı səviyyədədir? - MİLLƏT VƏKİLİ DANIŞDI

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümmumilli lider Heydər Əliyev bütün sahələrdə inkişafın təməlini qoydu. Həmçinin bunlarla yanaşı diaspora komitəsinin yaradılması və bununla bağlı dövlət siyasətinin düzgün istiqamətlədirilməsi həyata keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Ümummili lider Heydər Əliyev bununla bağlı Dövlət işi üzrə Diaspora Komitəsinin yaradılması ilə bağlı fərman verdi: “Artıq dünyada yaşayan Azərbaycanlıların təşkilatlanması və düzgün strategiya ilə inkişaf etdirilməsi dövlət siyasətinin bir parçasına çevrildi. Cənab Prezident İlham Əliyevdə bu siyasəti layiqincə uğurlu bir formada həyata keçirməyə başladı. Biz uzun illər SSR-nin tərkibində olmuşuq. Həmin illərdə əsrin dünyanın bir çox ölkələrində azərbaycanlılar məcbur olaraq yaşamağa başlamış və bunun nəticəsində orada böyük bir nəsil doğulub, formalaşmışdır. Həmin nəsildə Azərbaycanın beynəlxalq arenadan imicinin formalaşdırılması və inkişaf etdirilməsi üçün fəaliyyət göstəriblər. Aparılan düzgün siyasət nəticəsində artıq xaricdə Azərbaycan Diaspor təşkilatları və dərnəkləri formalaşaraq həqiqəıtəndə azərbaycan naminə fəaliyyət göstərməyə başladılar. Əslində Diaspor Komitəsinin fəaliyyəti çox vacib bir məsələdir. Son zamanalar da Azərbaycan təşkilatları və dərnəkləri Türkiyə Disapora təşkilarlarının tərkibində ya da birgə fəaliyyət göstərirlər. Artqı böyük Diaspora təşkilatlarımız Rusiyada, Ukraynada, Amerikada və s. digər böyük ölkələrdə fəaliyyət göatərirlər. Türkiyədə yaşayan azərbaycanlılar qardaş ölkənin fəalları ilə birgə işləyib hər iki dövlətin inkişaf etdirilməsi və diaspora komitələrinin fəaliyyət göstərməsi yönündə işlər görürlər. Ölkəmizin tanıdılması və dövlət mövqeyinin xarici dövlətlərə çatdırılması diasporanın fəaliyyətindən aslıdır. Bu sahədə Azərbayucan kifayət qədər işlər görür və Diaspora Komitəsinin fəaliyyətinin güclənməsi üçün müəyyən vəsaitlər ayrılır. Dövlət başısı bu sahəni ciddi nəzarətində saxlayaraq daima Diaspora fəalları ilə görüşlər keçirir. Bütün bunlar cənab Prezidentin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə